Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:30

Xəstəxanada 3 nəfər öldürülüb


Arxiv fotosu

Çikaqo polisi bildirir ki, bir silahlı şəhər xəstəxanasında atəş açıb, bir polis əməkdaşı daxil olmaqla 3 nəfər öldürülüb.

Polisin sözçüsü Anthony Guglielmi noyabrın 19-da Twitter-də yazıb ki, Mercy Xəstəxanası yaxınlığında atəş açılandan sonra “çoxsaylı qurbanlar barədə məlumatlar var”.

Sözçü azı bir qayda pozanın və bir polis əməkdaşının güllələndiyini, polis işçisinin “ağır durumda” olduğunu yazıb.

Polis əməkdaşından başqa bir həkimin və xəstəxananın bir işçisinin də öldürüldüyü bildirilir.

Rəsmilər silahlının öldürüldüyünü deyiblər, amma onun polis tərəfindən qətlə yetirildiyi, yaxud özünü vurduğu bilinmir.

Bir şahidin jurnalistlərə deməsinə görə, hücum edən “ətrafdakılara necə gəldi atəş açırmış”.

Şübhəli parkinq yerində bir qadınla gəzirmiş. O, birdən çönərək qadını sinəsindən güllələyib, daha sonra xəstəxanaya girib, atəş açmağa davam edib, şahid belə deyib.

Denver şəhərində isə polis dörd nəfərə atəş açıldığını, azı bir nəfərin öldürüldüyünü bildirib.

Bu iki atışmanın bir-birilə əlaqəli olub-olmadığı bilinmir.

XS
SM
MD
LG