Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:37

Əcnəbi velosipedçilerin qətlinə görə ömürlük həbs istənilir


Husein Abdusamadov

Tacikistanda iyulda öldürülmüş dörd əcnəbi velosipedçiyə hücuma görə əsas şübhəliyə ömürlük həbs istənilir. Bu haqda AzadlıqRadiosu-nun tacik xidməti məlumat əldə edib.

Qapalı keçirilən proses iştirakçılarından biri anonimlik şərtilə deyib ki, dövlət ittihamçısı noyabrın 19-da bu tələblə çıxış edib.

İş üzrə təqsirləndirilənlər 15 nəfərdir. Mənbənin sözlərimə görə, Husein Abdusamadov və digər təqsirləndirilənlər məhkəmədə son sözlərini deyiblər.

Velosipedçilər iyulun 29-da Tacikistanın cənubunda bıçaqlanmışdılar. Hücumdan iki velosipedçi sağ çıxıb.

Hücuma görə təqsirləndirilənlərdən yalnız Abdusamadov sağ qalıb, rəsmilər digərlərinin xüsusi əməliyyat zamanı öldürüldüyünü bildirir.

Digər təqsirləndirilənlər hücuma dəstək verməkdə suçlanırlar.

Tacikistanda ölüm cəzası ləğv olunub.

Sözügedən hücuma görə İslam Dövləti silahlı qruplaşması məsuliyyəti götürmüşdü.

XS
SM
MD
LG