Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

17 noyabrda saxlananlarla bağlı mediada fərqli yozumlar


C.Həsənli
C.Həsənli

Azərbaycanda bank faizlərinin yüksək olması, Milli Şura rəhbərləri və fəalların Milli Dirçəliş günü saxlanmalarına fərqli yanaşmalar medianın aparıcı mövzularındandır...

«Hökumət gərgindir....»

Azadliq.info saytında «Cəmil Həsənlinin və Əli Kərimlinin həbsindən itirən iqtidar olacaq» sərlövhəli yazı oxumaq olar.

Yazıda Milli Şuranın noyabrın 17-də Milli Dirçəliş günü Şəhidlər Xiyabanını ziyarət etmək istəməsindən və polis müdaxiləsi nəticəsində bunun baş tutmamasından bəhs edilir: ​«...Xalqımızın siyasiləşmiş fəal kəsimi «Milli Dirçəliş» günü yubileyini Şəhidlər Xiyabanında qeyd etmək arzusunda idi. Çünki bu gün üçün ən çox mənəvi borclu olduğumuz məkan məhz Şəhidlər Xiyabanıdır... Onlar vətən fədailəridir və hər bayram günlərində onların yad olunması, ruhlarının şad edilməsi mənəvi borcumuzdur».

Müəllif iddia edir ki, hökumət artıq xeyli vaxtdır öz basqıçı iradəsini zorakı üsullarla cəmiyyətə diktə etməyə çalışır: «Hökumət bir tərəfdən şəhidlərin müxalifət tərəfindən gündəmdə qalmasından narahatdır, digər tərəfdən isə bütün basqılara baxmayaraq, müxalifəti sıradan çıxara bilmədiyi üçün gərgindir».

Müəllif yazıb ki, cəmiyyətdə sosial dayaqları tədricən zəifləyən hakimiyyət son günlər həm də məmurların, deputatların davranışları üzündən gülüş obyektinə çevrilib.

Yazıda vurğulanıb ki, Milli Şura sədri Cəmil Həsənlinin (noyabrın 17-si saxlanan Cəmil Həsənli sonradan sərbəst buraxılıb-red.), AXCP sədri Əli Kərimlinin və bir qrup siyasi fəalın polis idarəsinə aparılması hökumət daxilindəki ciddi gərginliyi pərdələmək məqsədilə həyata keçirilib.

Müəllif hesab edir ki, bütün bunlar hakimiyyətə xeyir verməyəcək: «Hökumətin müxalifət liderlərinə qarşı bu qanunsuz davranışı cəmiyyətdə yeni gərginliyə yol aça bilər. Hökumət daxilində mövqeləri zəifləməkdə olan qruplar cəmiyyətdə irimiqyaslı qarşıdurmalarda və beynəlxalq təzyiqlərin artmasında maraqlıdırlar».

AXCP üzvünün saxlanması. 17 noyabr 2018
AXCP üzvünün saxlanması. 17 noyabr 2018

«İcazəsiz mitinq»

Trend.az saytında yer alan «Ekspert: Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir» sərlövhəli yazıda isə həmin olaylar fərqli aspektdən dəyərləndirilib.

Sayt Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki Sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin düşüncələrinə yer verib: «Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir».

V.Rəhimzadəyə görə, bu, həm də müxalifətin sosial bazasının olmaması göstəricisidir. O deyib ki, qanuna zidd atılan hər bir addımın qarşısı qanun çərçivəsində alınmalıdır: «Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı».

YAP Siyasi Şurasının üzvü düşünür ki, müxalifət ölkənin ərazi bütövlüyü uğurunda həlak olan insanların adından siyasi məqsədlərdən ötrü istifadə etmək istəyib: «Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların birillik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu, çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür».

Bank faizləri, sizcə, nə qədər əlçatandır?
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Bank faizləri

«Yeni Müsavat» qəzetində «Banklar faiz məsələsində Mərkəzi Bankı saymır, yoxsa…» sərlövhəli yazı dərc edilib.

Müəllif ölkədə bank kreditləri faizlərini ekspertlər ilə müzakirə edib.

Yazıda bildirilir ki, Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirələri zamanı ölkə əhalisini narahat edən bank kreditlərinin illik faiz dərəcələrinin yüksək olması məsələsi də gündəmə gəlib.

Müəllifin vurğulamasına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, dünya ölkələrinin bir neçəsində yüksək faiz dərəcələri var və onlardan biri də Azərbaycandır: «Amma yığışıb bir qərara gəlməli, faiz dərəcələrini azaltmağa getməliyik».

Yazıda xatırladılıb ki, Mərkəzi Bankın İdarə Heyəti bu ilin fevral, aprel və oktyabr aylarında qərar qəbul etməklə uçot dərəcəsini 15 faizdən 9.75 faizə endirib. Faiz dəhlizinin yuxarı və aşağı həddi +/-2 faiz səviyyəsində müəyyən edilib.

Amma müəllifə görə, bu dəyişikliklərin ölkədə mövcud kredit faizlərinə heç bir təsiri olmayıb. Yazıda qeyd edilməsinə görə, hazırda ölkə banklarında təklif olunan kreditlərin ən ucuzunun faizi 19-dan başlayır.

«Azərbaycanda bu mexanizm niyə işləmir: banklar Mərkəzi Bankı saymırlar, yoxsa məsələnin kökündə ciddi və obyektiv amillər dayanır» sualı ilə müəllif ekspertlərə müraciət edib.

İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, bak kreditləri faizlərinin yüksək olmasının səbəbləri var: «Səbəbinə gəlincə, birincisi bankların kredit resurslarının tərkibində Mərkəzi Bankdan alınan vəsaitlərin azlığıdır. Mövcud vəziyyətin təhlili deməyə əsas verir ki, yaxın perspektivdə uçot dərəcəsinin bank faizlərinə təsiri güclənməyəcək. Nə qədər ki, Azərbaycanda bank sektoru xəstə vəziyyətdə qalmaqda davam edir, Mərkəzi Bankın uçot dərəcəsinin faiz dərəcələrinə təsir imkanları olmayacaq».

XS
SM
MD
LG