Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 06:19

Trump Khashoggi-nin qətlilə bağlı ‘dəhşətli’ səsyazısına qulaq asmayacaq


Türkiyədə Jamal Khashoggi üçün keçirilən simvolik dəfn mərasimi, 16 noyabr, 2018-ci il
Türkiyədə Jamal Khashoggi üçün keçirilən simvolik dəfn mərasimi, 16 noyabr, 2018-ci il

ABŞ Prezidenti Donald Trump deyir ki, sədiyyəli jurnalist Jamal Khashoggi-nin qətlinin səsyazısı barədə ətraflı məlumatı var və ona qulaq asmaq istəmir.

“The Washington Post” qəzetinin yazarı, Səudiyyə isteblişmentinin tənqidçisi olan Khashoggi oktyabrın 2-də İstanbuldakı konsulluğa girəndən sonra qətlə yetirilib.

Qətlə görə Səudiyyə Ərəbistanı günahlandırılır, Türkiyə səs yazısını Birləşmiş Ştatlara və Qərbdəki müttəfiqlərinə verdiyini bildirir.

“Lentə qulaq asmadan onda olan hər şeyi bilirəm. Çox zorakı, qəddar, dəhşətlidir”, – prezident “Fox News”a deyib.

Donald Trump (sağda) və Mohammed bin Salman, 20 mart, 2018-ci il
Donald Trump (sağda) və Mohammed bin Salman, 20 mart, 2018-ci il

ABŞ kəşfiyyat agentlikləri bu qətli Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salmanın sifariş etdiyini bildirir. Amma Ağ ev hələlik, bu qənaəti təsdiqləməyib.

Fox News-a müsahibəsində Trump deyib ki, vəliəhd şahzadəyə yaxın adamların “bu işdə əli ola bilər”, amma onu da əlavə edib ki, “çox yaxşı müttəfiqə sadiq qalmaq” istəyir.

Trump noyabrın 17-də demişdi ki, Ağ ev bir neçə günə yekun qənaətə gələcək.

Ötən həftə administrasiya qətldə əli olduğu iddia edilən 17 səudiyyəli rəsmiyə sanksiyalar açıqlayıb. Ancaq konqresmenlər daha sərt tədbirlər, məsələn, Səudiyyə Ərəbistanına silah satışının məhdudlaşdırılmasını tələb edirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG