Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:45

Fransada keçirilən etiraz aksiyaları zamanı azı 47 nəfər xəsarət alıb


Fransada etiraz aksiyası

Fransada keçirilən kütləvi aksiyalar zamanı baş verən toqquşmalarda azı 47 nəfər xəsarət alıb.

Fransa mətbuatının məlumatına görə,yaralılardan 3-ü kritik vəziyyətdədir.

Aksiyaçılar benzinin bahalaşmasına etiraz edirlər.

Aksiyalarda 120 mindən çox adam iştirak edir, ölkə boyu 2 mindən çox aksiya planlaşdırılıb.

Xüsusi gödəkcədə olan aksiyaçıəlar avtomobil yollarına çıxaraq hərəkəti dayandırırlar.

Azı 24 nəfərin saxlandığı bildirilir.

Polis deyir ki, onlar hüquq-mühavizə orqanlarının əməkdaşlarına tabe olmadıqlarına görə saxlanıblar.

Fransa hakimiyyəti 2019-cu ildən dizel yanacağı və benzinə vergini artırıb.

Rəsmi Paris deyir ki, məqsəd havanın çirklənməsi ilə mübarizə aparmaqdır.

XS
SM
MD
LG