Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Putin neft hasilatının azaldılmasına tərəfdardır


Vladimir Putin
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin deyir ki, Moskva neft hasilatının azaldılmasında Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etməyə hazırdır. Bundan məqsədin neft qiymətinin azalmasını önləmək olduğu bildirilsə də, Putin elə aşağı qiymətlərin də onu məmnun etdiyini bildirib.

Oktyabrda neftin bareli 86 dollar idi, noyabrın 15-də 66 dollara düşüb. Bu, Birləşmiş Ştatların İrandan neft alan bəzi ölkələrə sanksiyalardan möhlət verməsiylə izah olunur.

Noyabrın 5-dən ABŞ-ın İranın neft sektorunu hədəfləyən sanksiyaları qüvvəyə minib.

Sinqapurda mətbuat konfransında çıxış edən Putin deyib ki, neftin qiymətinin 70 dollar olması da Moskvaya “sərf edir”, belə ki, Rusiya büdcədə və iqtisadi layihələrdə neftin qiymətini ortalama 40 dollardan götürür.

RUSİYA HASİLATI AZACIQ AZALDIB, AMMA...

Rusiya noyabrda neft hasilatını azacıq azaldıb. Oktyabrda hasilat rekord səviyyəyə – günə 11,41 milyon barrelə çatmışdı.

Rusiya, ABŞ və Səudiyyənin neft hasilatı
Rusiya, ABŞ və Səudiyyənin neft hasilatı

Rusiya və Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixracatçılarıdır. Rusiya hasilatçıları gələn ildən istehsalı daha da artıracaqlarını bildiriblər.

Səudiyyə Ərəbistanı bu həftənin əvvəlində elan edib ki, dekabrda hasilatı günə 500 min barrel azaldacaq. Ər-Riyadın mövqeyincə, Çin və Hindistan kimi ölkələrə Vaşinqtonun sanksiyalardan möhlət verməsi bazarda neft artıqlığı yaradacaq.

Səudiyyə yaydan hasilatı artırmışdı, çünki ABŞ Prezidenti Donald Trump İrandan ixracın azalmasını kompensasiya etməyə çağırmışdı.

İndi isə ər-Riyad qlobal hasilatı günə 1 milyon barrelədək azaltmağa, neft bazarını tarazlaşdırmağa, qiymətləri artırmağa çağırır.

Təhlilçilərin fikrincə, bu hədəfə çatmaqdan ötrü Rusiya da hasilatın azaldılmasına qoşulmalıdır.

“Hələlik, hasilatın azaldılmalı olduğunu deyə bilmərəm. Ehtiyatlı olmalıyıq, burada hər sözün əhəmiyyəti var”, – Putin deyib.

“Amma Səudiyyə ilə əməkdaşlığın vacibliyi bir faktdır və biz əməkdaşlıq edəcəyik”, – o, sözlərinə əlavə edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG