Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 09:50

Meşə yanğınında ölənlərin sayı 63-ə çatıb


Meşə yanğını

Şimali Kaliforniyada meşə yanğınında azı 63 nəfər həlak olub, 631 nəfər itkin düşüb. Bu ölkədə son bir əsr ərzində ən çox ölümlə nəticələnmiş yanğın sayılır.

“The Assosiated Press” agentliyi yazır ki, itkinlərin siyahısına yanğından qaçıb canını qurtara bilmiş adamlar da daxildir. Siyahı da ona görə yayılır ki, adamlar adlarını görərlərsə, salamat olduqlarını rəsmi orqanlara xəbər versinlər.

Təxminən 52 min nəfər sığınacaqlara, dostlarının, qohumlarının evlərinə, motellərə yerləşdirilib.

Şimali Kaliforniyada yanğın bir həftə öncə başlanıb. 9 min 800 evin dağıldığı xəbər verilir.

Yanğın 40 faiz söndürülsə də, evlərindən çıxarılanların geri qayıtmasına icazə verilmir. Elektrik xətləri hələ də işləmir, yollar bağlıdır, yanğınsöndürənlər iş başındadır.

XS
SM
MD
LG