Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Rusiyaya məxsus qaz operatoru Ermənistanda vergidən yayınmada suçlanır


Yerevanda qazın bahalanmasına etiraz aksiyası, arxiv fotosu
Yerevanda qazın bahalanmasına etiraz aksiyası, arxiv fotosu

Ermənistan hakimiyyəti ölkənin milli qaz paylayıcı şirkətini milyonlarla dollarlıq vergidən yayınmada ittiham edir. Bu şirkət Rusiyanın Gazprom nəhənginə məxsusdur.

Noyabrın 14-də Dövlət Gəlir Komitəsi (DGK) Gazprom Ermənistan adlı operatora qarşı təhqiqata başlayıb. Komitə bildirib ki, şirkət 2016-2017-ci illərdə xərclərini şişirdib, gəlirlərini az göstərib. Nəticədə “bir neçə milyard dram”lıq verginin ödənmədini bildirilir.

Gazprom Ermənistanın heç bir rəsmisinə hələlik, ittiham irəli sürülməyib.

DGK-nın istintaq bölümünün rəhbəri Eduard Hovannisian noyabrın 15-də AzadlıqRadiosu-nun erməni xidmətinə deyib ki, vergi müfəttişləri hələ də iddia olunan vergidən yayınmanın miqyasını müəyyənləşdirirlər. “Cinayət təhqiqatı hələ təzə başlayıb”, – o söyləyib.

“ƏSASSIZ İTTİHAMLAR”

Gazprom Ermənistan isə ittihamları rədd edib. “Onların əsassız olduğunu deyirəm”, – şirkətin rəhbəri Hrant Tadevosian mətbuat konfransında bildirib.

Hrant Tadevosyan
Hrant Tadevosyan

“Şirkətimiz dəfələrlə DGK-nın qanuna əməl edən vergiödəyicisi sertifikatını alıb, sonuncu elə sentyabrda verilib”, – o vurğulayıb.

Tadevosian Ermənistanın vergi və gömrük orqanlarını şirkətin biznes nüfuzunu sarsıtmaqda suçlayıb. O iddia edib ki, bu cinayət işi Gazprom Ermənistanın Rusiyanın bir kommersiya bankından bir neçə milyon dollarlıq kredit almaq planları ətrafında ciddi suallar yaradıb.

Bu cinayət işinin açıldığı bir dönəmdə Ermənistan hökuməti Gazprom-la Ermənistana göndərilən Rusiya təbii qazının qiyməti üzrə danışıqlar aparır. Sonuncu qaz razılaşmasında hər min kubmetrə görə 150 dollar nəzərdə tutulub, amma bu sazişin müddəti dekabrda bitir.

Hökumət ümid edir ki, Gazprom ya qiyməti salacaq, ya da onu dəyişməyəcək. Ancaq indiyədək Rusiyanın qaz inhisarçısı niyyətləri barədə bir söz deməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG