Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 22:33

Çexlər baş nazirə etiraz edir


Andrej Babis

Noyabrın 15-də minlərlə etirazçı Praqanın mərkəzinə yığışıb, Baş nazir Andrej Babis-in istefasını tələb edib. Onun koalisiya tərəfdaşları isə hökumətdən getməyi götür-qoy edirlər.

Babis-ə təzyiqin artmasının səbəbi mediada yayılan yeni məlumatlardır. Yerli medianın yazmasına görə, baş nazirin oğlu deyib ki, atası cinayət işinin əngəllənməsindən ötrü onun gizlənməsini istəyib. Hazırda Babis və iki övladının 10 il öncə Avropa Birliyinin ayırdığı 2 milyon avro (2,27 milyon dollar) subsidiyanı qanunsuz ələ keçirməsi iddiası araşdırılır.

Müxalifət parlamentdə etimad səsverməsi keçirməyə çağırıb. Spiker deyib ki, səsvermə noyabrın 23-də keçirilə bilər.

Milyarder biznesmen Babis isə məlumatları təkzib edib. O, Seznam.cz vebsaytının yazdıqlarını özünə qarşı media kampaniyası adlandırıb.

Praqanın Wenceslas meydanına yığışan minlərlə etirazçı isə “İstefa”, “Utanın” şüarlarını səsləndirib. Bəzilər Çexiya və Avropa Birliyinin bayraqlarını, “Rədd olsun Babis!” şüarını qaldırıblar.

Babis-in ANO partiyasının koalisiya tərəfdaşı olan sol-mərkəzi Sosial Demokratlar gələcək addımla bağlı “bütün variantları” nəzərdən keçirirlər, partiya lideri Jan Hamacek belə deyib.

XS
SM
MD
LG