Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Eldar Əzizov Bakının başçısı oldu


E.Əzizov
E.Əzizov

Bu gün, noyabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyəti başçısının təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu ilin aprelindən Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsi boş idi. Yeni hökumət formalaşarkən əvvəlki başçı Hacıbala Abutalıbov baş nazirin müavini vəzifəsinə gətirilmiş, amma onun yerinə heç kim təyin edilməmişdi.

E.Əzizov 1957-ci il iyun ayının 28-də Bakı şəhərində doğulub.

1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

SSRİ dönəmində komsomol sistemində fəaliyyət göstərib.

1990-cı ildə Azərbaycan Ali Sovetinə deputat seçilib.

2000-ci ilin iyununda Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

2003-2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

2011-2015-ci illərdə isə Sumqayıt şəhərinə rəhbərlik edib.

2015-ci ilin sentyabrında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu.

Bu il iyulun 16-da prezidentin sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini postuna gətirilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG