Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 17:51

Britaniyanın bir neçə naziri istefa verib


Michel Barnier (solda) sənəd layihəsini Donald Tusk-a təqdim edir

Britaniya hökumətinin bir neçə naziri Avropa Birliyi ilə əldə olunmuş Brexit razılaşması layihəsinə etiraz olaraq istefa veriblər.

Hökumətin iki naziri və daha üç kiçikrütbəli nazir noyabrın 15-də istefaya getdiyini açıqlayıb.

Baş nazir Theresa May isə saziş layihəsini parlamentdə müdafiə edib, deyib ki, o, “düzgün, asan olmayan qərarlar” verib.

***

AB noyabrın 25-də sammit keçirəcək

Avropa Birliyinin prezidenti Donald Tusk noyabrın 25-də qurum liderlərinin sammitini keçirməyə çağırıb. Məqsəd bir neçə aydır davam edən danışıqlardan sonra Britaniya hökumətilə əldə olunmuş Brexit razılaşmasının layihəsini təsdiqləməkdir.

“Qeyri-adi bir şey baş verməsə, Brexit sazişinin yekunlaşdırılması və rəsmiləşdirilməsi üçün Avropa Şurasının iclasını keçirəcəyik”, – Tusk noyabrın 15-də deyib.

Noyabrın 14-də axşam AB-nin təmsilçisi Michel Barnier və Britaniyanın Baş naziri Theresa May ölkənin 28 üzvdən ibarət blokdan çıxması prosesini tənzimləyəcək 585 səhifəlik layihəni razılaşdırdıqlarını açıqlayıblar.

Ancaq May-in Britaniyanın İcmalar Palatasında bu sənədə dəstək qazana bilib-bilməyəcəyi bəlli deyil. Palata sənədi 2019-cu il martın 29-dək təsdiqləməlidir. Sənəd 21 aylıq keçid müddətini əhatələyir.

Sənəddə AB üzvü olan İrlandiya Respublikası ilə Böyük Britaniyanın tərkibindəki Şimali İrlandiya arasında sərhədin açıq saxlanması nəzərdə tutulur.

Brexit tərəfdarı olan siyasətçilərin çoxu sənədi pisləyib, onun Britaniyanı AB-yə çox yaxın saxlayacağını, hətta Brexit-dən sonra belə onun qaydalarına tabe etdirəcəyini bildirib.

AB tərəfdarı olan britaniyalı siyasətçilərdən bəziləri isə sənədin əleyhinə səs verəcəklərini deyiblər. Onlar bununla Brexit prosesinin uzanacağına, Britaniyanın qurumda qala biləcəyinə ümid edirlər.

Ancaq bu halda Britaniyanın AB-dən çıxması sazişsiz gerçəkləşə bilər ki, bu da ekspertlərin fikrincə, fəlakətli iqtisadi və hüquqi qarışıqlığa aparar.

XS
SM
MD
LG