Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 19:38

Ermənistanda seçkiyə 11 partiya getmək istəyir


Yerevanda mer seçkisi, 23 sentyabr, 2018-ci il
Yerevanda mer seçkisi, 23 sentyabr, 2018-ci il

Ermənistanda dekabrın 9-da keçiriləcək parlamentə növbədənkənar seçkidə iştirakdan ötrü on bir siyasi partiya və alyans sənədlərini təqdim edib.

Mərkəzi Seçki Komissiyasına (MSK) sənəd verməkdən ötrü 14 noyabr son tarix qoyulmuşdu.

Partiyaların qeydiyyatı prosesi isə noyabrın 19-na qədər davam edəcək.

Seçki kampaniyası noyabrın 26-dan dekabrın 7-dək çəkəcək, 8 dekabr sükut günü olacaq.

Baş nazirin vəzifələrini icra edən Nikol Pashinian parlamentin buraxılması və növbədənkənar seçki keçirilməsi üçün oktyabrda bu postdan getdiyini elan etdi. Yeni parlament və baş nazir seçilənədək o, baş nazir əvəzidir.

Nikol Pashinian (sağda) Avropanın Yerevandakı diplomatları ilə görüşür, 13 noyabr, 2018-ci il
Nikol Pashinian (sağda) Avropanın Yerevandakı diplomatları ilə görüşür, 13 noyabr, 2018-ci il

Pashinian-ın bloku Yerevanda mer seçkisində qələbə çalandan sonra o, parlamentdə çoxluğa sahib Respublikaçı Partiyasını (HHK) məğlub etmək məqsədilə erkən seçki keçirməyə çağırıb.

Onun “Mənim Addımım” alyansına hazırkı hökumətin üzvləri, ötən yaz dinc küçə etirazları nəticəsində hakimiyyətə gəlmiş hərəkatın tərəfdarları daxildir.

Keçmiş hakim HHK-nın namizəd siyahısına keçmiş müdafiə naziri Vigen Sargsian rəhbərlik edir.

Ermənistanın keçmiş prezidenti və keçmiş baş naziri Serzh Sarkisian isə namizədlər içində deyil, kampaniya da aparmayacaq. O, aprel və may aylarında çoxlarının “məxməri” adlandırdığı inqilab nəticəsində devrilib, Pashinian hakimiyyətə gəlib.

“YEGANƏ HƏQİQİ MÜXALİFƏT”

Vigen Sargsian deyib ki, HHK-nın məqsədi seçkidə ikinci olmaqdır, çünki “indi Ermənistanın yeganə həqiqi müxalifət qüvvəsidir”.

Vigen Sargsian, arxiv fotosu
Vigen Sargsian, arxiv fotosu

Pashinian və müttəfiqləri isə HHK-nın parlamentdə hər hansı yer qazana biləcəyinə şübhə etdiklərini söyləyiblər.

Maqnat Gagik Tsarukian-ın rəhbərlik etdiyi Firavan Ermənistan Partiyası da seçkiyə gedir.

Yeni yaradılmış Sasna Tsrer Ümum-Ermənistan Partiyasının siyahısının başında Varuzhan Avetisian durur. O, 2016-cı ilin iyulunda Yerevanda polis şöbəsini iki həftə ərzində tutmuş silahlı qruplaşmanın liderlərindən biridir. Onda qruplaşma hökumətə siyasi tələblər irəli sürmüşdü.

Avetisian və qruplaşmanın digər üzvləri o zaman saxlandı, sonradan buraxıldı. Ölkənin yeni administrasiyası isə onlara amnistiya verdi. Qruplaşma “siyasi mübarizəni dayandırmağı” vəd edir, siyasi prosesə qoşulacağını deyir.

Sənədlərini təqdim etmiş digər partiyalar deputat, Pashinian-ın keçmiş müttəfiqi Edmon Marukian-ın rəhbərlik etdiyi Parlaq Ermənistan; Ermənistan İnqilab Federasiyası (Dashnaktsutyun); Orinats Yerkir Partiyası; Hanrapetutyun (Respublika) və Azad Demokratlar partiyalarının “Biz” alyansıdır.

Az tanınan daha üç partiya – Xristian-Demokratik Yeni Yaranış Partiyası; Milli Proqres Partiyası Vətəndaşların Qərarı Sosial Demokratik Partiya da qeydiyyatdan keçib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG