Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:43

Avropa məhkəməsi Navalny-nin xeyrinə qərar çıxardı


Aleksei Navalny həbsdə nə qədər vaxt keçirib
Aleksei Navalny həbsdə nə qədər vaxt keçirib

Avropa İnsan Haqları Məhkəməsinun bu gün – noyabrın 15-də çıxardığı qərarda deyilir ki, müxalif siyasətçi Aleksei Navalny-nin Rusiyada dəfələrlə saxlanması və barəsində çıxarılmış məhkəmə hökmləri onun hüquqlarını pozub, siyasi motivli olub.

Məhkəmə daha öncəki qərarını qüvvədə saxlayıb. Həmin qərarda deyilir ki, 2012-14-cü illər ərzində Navalny-nin Rusiya hakimiyyəti tərəfindən yeddi dəfə həbsi və barəsində iki dəfə həbs qətimkan tədbirinin çıxarılması ilə onun hüquqları pozulub.

Rusiya Konstitusiya Məhkəməsinin isə belə bir qərarı var ki, rəsmilər AİHM-in qərarlarını ölkə konstitusiyasına zidd sayarlarsa, rəsmilər bu qərarları gözardı edə bilərlər.

Rusiya indiyədək Strasburq məhkəməsində bir neçə yüksək profilli işi uduzub, hökumətin onlarla siyasi iş üzrə kompensasiya ödəməsinə dair qərar çıxarılıb.

***

Navalny Rusiyadan çıxa bilib

Rusiyanın müxalif siyasətçisi Aleksei Navalny Rusiyadan çıxa bilib. O, işi üzrə qərar verəcək Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) iclasında iştirak edə biləcək. Bir gün öncə müxalifətçini ölkədən buraxmamışdılar.

Prezident Vladimir Putinin qatı tənqidçilərindən olan Navalny pasport nəzarətində fotosunu yerləşdirib, onun ölkədən çıxışına icazə verildiyini yazıb.

“Həqiqətən də bu dəfə hər şey yaxşı oldu”,Instagram Facebook hesablarında yazıb.

FSSP-Nİ MƏHKƏMƏYƏ VERƏCƏK

Ancaq onu da deyib ki, Federal Məhkəmə İcraçıları Xidmətini (FSSP) “qanunsuz fəaliyyəti”nə görə məhkəməyə verəcək, bir gün öncə Rusiyadan buraxılmaması üzündən verdiyi maliyyə itkisinə görə kompensasiya tələb edəcək.

Aleksei Navalny
Aleksei Navalny

FSSP müxalifətçinin noyabrın 13-də aeroportdan buraxılmamasını Kirovles şirkətinə borclu olması ilə izah etmişdi. Həmin şirkət Navalny-nin iki dəfə mühakimə olunduğu cinayət işinin mərkəzində dayanır. FSSP daha sonra bildirib ki, cərimə ödənib və müxalifətçiyə tətbiq olunmuş səyahət qadağası qaldırılıb.

AİHM sabah – noyabrın 15-də Rusiyaya qarşı iddia üzrə yekun qərarını açıqlamalıdır. İddiada deyilir ki, Navalny-nin 2012-14-cü illərdə bir neçə dəfə saxlanması, həbsi, administrativ cəzalar alması onun hüquqlarını pozub, siyasi motivli olub.

Məhkəmə 2017-ci ilin fevralında bu iş üzrə Navalny-nin xeyrinə qərarını açıqladı, amma Rusiya bu qərardan apellyasiya şikayəti verdi.

42 yaşlı Navalny 2011-ci ildən bəri böyük küçə etirazları təşkil edib, Rusiya hakim elitasında korrupsiya iddialarını əks etdirən hesabatlar yayıb.

O, elə ötən ay azadlığa çıxıb. Təşkil elədiyi antihökumət etirazlarından dolayı 50 sutka həbs cəzası çəkib.

Navalny bu ilin martında prezident seçkisinə buraxılmadı, barəsində maliyyə ittihamları üzrə məhkumluq olduğu əsas gətirildi. Özü və tərəfdarları isə bütün bunların onu müxalif fəaliyyətinə görə cəzalandırmaq məqsədi güddüyünü bildirir.

XS
SM
MD
LG