Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:53

Son 2 ayda əmək haqları azalıb


Maaş və pensiyalar nə qədər artsın?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Maaş və pensiyalar nə qədər artsın?

2018-ci ilin oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 540.5 manat olub.

Dövlət Statistika Komitəsinin (DSK) noyabrın 13-də yaydığı məlumatda belə yazılıb.

DSK bildirir ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1.7 faiz artaraq 1 milyon 552.7 min nəfərə çatıb.

Qurum, eyni zamanda, vurğulayır ki, əmək haqları da ilin əvvəli ilə müqayisədə 2.8 faiz artıb.

Amma DSK-nın əvvəlki aylarının göstəricilərinə nəzər yetirdikdə isə bəlli olur ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı son 2 ayda azalıb.

DSK sentyabrın 1-də orta aylıq əməkhaqqının 541.2, bundan da bir ay əvvəl də 542.3 manat olduğunu açıqlamışdı.

Xatırlatma

Bu ildən pensiyalar ölkədə əmək haqlarının artımından asılı olaraq artırılır. Halbuki, bu ilə qədər pensiyalar inflyasiyaya əsasən artırılırdi. Ötən il inflyasiya 13, əmək haqları isə 6 faiz civarında artmışdı.

Onda müstəqil iqtisadçılar qanunvericiliyə edilən dəyişiklikləri inflyasiyanın əməkhaqqı artımını üstələməsi və hökumətin pensiyaları daha az artırmaq istəyi ilə izah etmişdilər. Bu ilin göstəricilərinə görə isə, inflyasiya cəmi 2 faiz civarındadır.

Multimedia

XS
SM
MD
LG