Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 06:31

Həmsədrlər nazirlərin görüşünə çalışır


XİN

«Azərbaycan Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib».

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin noyabrın 14-də yaydığı açıqlamada yer alıb.

Açıqlama Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin dekabrında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşəcəyi barədə mətbuatda yayılan məlumatlara həsr edilib.

Açıqlamada vurğulanır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu görüşlərin təşkili istiqamətində müvafiq iş aparırlar.

«Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir», - XİN bildirir

Xatırlatma

Ermənistanın Azərbaycana torpaq iddiası ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə bağlanan atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ora bitişik 7 rayon və daha bir neçə kənd işğal edilib.

Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğuldur. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG