Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:31

İrana xəbərdarlıq olunub


İran komandasının azarkeşləri

Asiya Futbol Konfederasiyası (AFC) İrana xəbərdarlıq edib ki, yanvarda keçiriləcək Asiya Kuboku ərəfəsində sanksiyalarla üzləşə bilər. Səbəb hökumətin milli futbol assosiasiyasının işinə müdaxiləsidir.

İran parlamentinin qəbul etdiyi qanuna görə, pensiyaçılar hökumətdə, dövlət vəsaitindən istifadə edən dövlət qurumlarında, yaxud ictimai müəssisələrdə işə götürülə bilməzlər.

Yerli media bu qanunun İran Futbol Federasiyasının (FFIRI) hazırkı prezidenti Mahdi Taja və qurumun idarə heyətinin bir neçə üzvünə aid olduğunu yazır. FFIRI qeyri-hökumət təşkilatı olduğunu bildirir.

AFC “cari məsələləri yaxın izlədiyini” deyib.

“Bütün üzv assosiasiyalar hökumət, yaxud parlament daxil üçüncü tərəfin müdaxiləsi olmadan vəzifəsini yerinə yetirməlidir”, – təşkilat bildirib.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) İranı Asiyanın ən yaxşı komandası hesab edir, qurumun reytinqində 30-cu yerdədir. Bu komanda yanvarın 7-də Əbu Dəbidə Yəmənlə açılış oyununa gedəcək. Bu qrupda İraq və Vyetnam da var.

FIFA isə 2006-cı ildə İranın beynəlxalq futbolda iştirakını qadağan edib, hökumətin milli futbol assosiasiyasının işinə müdaxiləsini əsas gətirib. Qadağa heç bir ay keçməmiş aradan qaldırılıb.

XS
SM
MD
LG