Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:39

Cəbhəçilərin həbs müddəti artırılıb


S.Rüstəmov

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) funksionerləri Babək Həsənov, Ruslan Nəsirli Aqil Məhərrəmovun həbs müddətləri artırılıb. Məhkəmə mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov barəsində də eyni qərar qəbul edib.

Bu haqda AzadlıqRadiosuna AXCP-dən bildiriblər.

Məlumata görə, istintaq qurumu adıçəkilən şəxslər barəsində seçilmiş məhkəməyəqədər həbs müddətinin uzadılmasından ötrü məhkəməyə təqdimat verib.

Təqdimata bu gün, noyabrın 13-də Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqdimatları təmin edib.

B.Həsənov, R.Nəsirli, A.Məhərrəmov və S.Rüstəmov barəsində həbs-qəti imkan tədbiri 7 mart 2019-cu il tarixinə qədər uzadılıb.

AXCP-dən bildiriblər ki, partiya üzvlərinin vəkilləri məhkəmə qərarını əsassız hesab etdiyindən apellyasiya şikayəti veriləcək.

AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də məhbus həyatı yaşamış B.Həsənov bu il mayın 25-də axşam saatlarında saxlanıblar.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmovun (AXC sədri Əbülfəz Elçibəyin prezidentliyi illərində Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı işləyib) Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət ümumilikdə 412 min dollardan gedir.

Onlar barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi açılıb.

İttihamlar sübuta yetirilərsə, onları əmlakları müsadirə edilməklə 12 ilə qədər həbs cəzası gözləyir. Cəbhəçilər ittihamı qəbul etmirlər.

AXCP sədri Əli Kərimli də rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin AXCP-yə qarşı repressiya dalğası olduğunu bildirib.

Multimedia

XS
SM
MD
LG