Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 21:44

'Azərkosmos' zərərdədir


«Azerspace-1» orbitə çıxarılır

Azərbaycanın telekommunikasiya peykinin dövlət operatoru olan «Azərkosmos» Açıq Səhmdar Cəmiyyəti (ASC) bir il ərzində 16 milyon manat zərər edib.

«Turan» agentliyi bildirir ki, bu haqda Cəmiyyətin 2017-ci il üzrə maliyyə hesabatında bildirilir.

İllik maliyyə hesabatına «Price Waterhouse Coopers» şirkəti audit rəyi verib.

Sənədə görə, 2017-ci ilin əvvəlində «Azərkosmos»un toplam zərəri 292 milyon civarında idisə, bu ilin əvvəlində 308 milyon manata çatıb. İl ərzində şirkətin 37 milyon manat gəlir əldə etdiyi, həmin məbləğin daha əvvəlki ildəkindən 32.4 faiz çox olduğu bildirilir.

2018-ci il yanvarın 1-nə şirkətin cəmi öhdəlikləri 811 milyon manatdan çox olub.

Xatırlatma

«Azərkosmos» ASC 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 63 milyon 610.6 min manatdır.

«Azərkosmos» ASC Cənubi Qafqazda ilk peyk operatoru sayılır. Yaradılmasında məqsəd telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək olub.

«Azerspace-1» və «Azerspace-2» milli peykləri «Azərkosmos» ASC-nin idarəçiliyindədir. «Azerspace-2» peyki bu ilin sentyabrında orbitə buraxılıb. Bu peyk Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edir. Onun dəyəri 190 milyon ABŞ dollarıdır. O, «Azerspace-1»in orbitdəki ehtiyatı rolunu oynayır.

Azərbaycanın birinci peykinin isə 233 milyon ABŞ dollarına başa gəldiyi açıqlanmışdı.

Multimedia

XS
SM
MD
LG