Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:21

Fransa səfiri Serbiyadan üzr istəyib


Fransa Prezidenti Emmanuel Macron həyat yoldaşı Brigitte ilə Aleksandar Vucic-i (sağda) Yelisey sarayında qarşılayır

Fransanın Belqraddakı səfiri Serbiya Prezidenti Aleksandar Vucic-dən onun Parisdəki tədbir zamanı üzləşdiyi münasibətə görə üzr istəyib. Vucic 1-ci Dünya Müharibəsinin bitməsinin 100 illiyi tədbirlərində gördüyü davranışdan dilxor olduğunu bildirmişdi.

Vucic bir gün öncə dünyanın onlarla lideri ilə birlikdə Parisdə anım mərasimlərinə qatılmışdı.

Noyabrın 11-də keçirilən tədbirdə Kosovo Prezidenti Hashim Thaci Fransa, Almaniya, Rusiya və Birləşmiş Ştatların liderlərindən arxada yer alıb, Vucic isə əks tərəfdə, ayrıca dayanıb.

“Gördüyümə inanmırdım, özəlliklə də serb xalqının 1-ci Dünya Müharibəsində verdiyi qurbanı nəzərə alanda”, – Vucic tədbirdən sonra Serbiya mediasına deyib.

Tarixçilər Serbiyanın əhali sayına görə müharibədə istənilən digər ölkədən daha çox qurban verdiyini deyirlər.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib, Belqrad onu tanımayıb.

Səfir Frederic Mondoloni noyabrın 12-də üzrxahlıq dilə gətirib. O, Prva TV-yə deyib ki, Parisdəki mərasimdə qonaqların yerləşdirilməsi “təəssüf doğuran səhv idi” və Vucic-dən və serb xalqından üzrxahlığını qəbul etmələrini istəyib.

Vucic tvitində Mondoloni-yə təşəkkür edib.

XS
SM
MD
LG