Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:53

Amnesty International onları vicdan məhbusu elan etdi


Saxlananlara dəstək yürüşü, 28 oktyabr, 2018-ci il

Amnesty International insan haqları təşkilatı ötən il Rostov-na-Donu şəhərindəki etirazlarda saxlanmış üç rusiyalı fəalı vicdan məhbusu kimi tanıyıb.

Noyabrın 12-də yaydığı bəyanatda Amnesty bildirib ki, 18 yaşlı Yan Sidorov, 21 yaşlı Vladislav Mordasov və 18 yaşlı Vyacheslav Shamshin-i həbs etməklə Rusiya hakimiyyəti onların dinc ictimai toplantılar vasitəsilə fikirlərini ifadə etmək hüququnu pozub.

Həmin şəxslərin şəxsi təhlükəsizlik, azadlıq və ədalətli məhkəmə hüquqlarının da pozulduğu bildirilir.

Adları çəkilən şəxslər 2017-ci ilin noyabrında iğtişaşların təşkili, yaxud onlarda iştirak ittihamıyla saxlanıblar. Müstəntiqlər onların polisə hücumlar planlaşdırdığını deyir.

Təqsirləri sübuta yetirilsə, Sidorov və Mordasov 15 il, Shamshin 8 il həbsə məhkum edilə bilər.

Onlar isə dinc nümayiş keçirdiklərini, bunun ötən il noyabrın 5-nə planlaşdırılan yürüşlə əlaqəsi olmadığını deyib. Həmin yürüşü Rusiyada qadağan olunmuş, ekstremist sayılan Artpodgotovka qrupu keçirib, yüzlərlə üzvü saxlanıb. .

XS
SM
MD
LG