Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:38

Dollar bahalanır


İllüstrativ foto
İllüstrativ foto

Bu gün – noyabrın 12-də dollar son 17 ayda ən yüksək səviyyəyə yüksəlib. Səbəb də investorların qlobal artım, İtaliya və Britaniyada siyasi riskin artması sarıdan narahatlığı, daha çox dollar almasıdır.

“Reuters” agentliyi yazır ki, investorlar Çində artımın yavaşıması əlamətlərindən əndişələniblər. Elektron ticarət nəhəngi Alibaba həyəcan təbili çalan son şirkətlərdən olub. Şirkət bir ticarət tədbirində illik satış artımının ən aşağı həddə düşdüyünü bildirmişdi.

Bəziləri isə düşünür ki, ABŞ Prezidenti Donald Trump ticarət müharibəsini daha da qızışdıra, Çinin iqtisadiyyatına bir az da artıq ziyan vura bilər.

Bütün bu amillər, üstəgəl Avropanın siyasi riskləri bu gün dolları valyutalar səbətinə nisbətdə 0.6 faiz bahalandırıb. Funt sterlinq 1 faiz düşüb, dollar indeksinin 50 faizini təşkil edən avro isə 2017-ci ilin iyulundan bəri 0,7 faiz ucuzlaşaraq ən aşağı səviyyəyə düşüb.

DİGƏR VAIYUTALARA RİSKLƏR

“Kral dollar qayıtdı”, – Credit Agricole şirkətindən Valentin Marinov deyib. Onun sözlərinə görə, ötən həftə ABŞ Federal Ehtiyatlar Sisteminin məzənnəylə bağlı toplantısından sonra investorlar yenidən dollara sərmayə qoymağa başlayıblar.

“Avro və funt sterlinqə siyasi risk ziyan vurub və dolların qarşısında daha da zəif görünürlər”, – Marinov deyib.

Theresa May
Theresa May

Britaniyanın baş naziri Theresa May Brexit razılaşmasının təsdiqlənəcəyi fövqəladə iclas planlarından əl çəkməyə məcbur olub. “Independent” xəbər vebsaytının yaydığı bu informasiya belə bir narahatlığa yol açıb ki, hökumət həm Avropa Birliyini, həm də hakim partiya üzvlərini məmnun edəcək razılaşmanı təmin etməyə bilər.

Müxalifətdə olan Leyboristlər Partiyasının mövqeyincə, Breksit sazişi parlamentdən keçməsə, bu yeni seçkiyə, yeni referenduma yola aça bilər.

Deutsche Bank-ın təhlilçiləri funt sterlinqə hələ çox problem yaranacağını proqnozlaşdırıblar.

Avroya gəlincə, bu valyutayla bağlı diqqət İtaliyaya yönəlib. Sabah – noyabrın 13-də Roma yenidən hazırlanmış büdcəsini AB-yə təqdim etməlidir. Hələliksə, büdcə layihəsi defisitini azaltmaqdan imtina edib ki, bu da Brüssellə yeni qarşıdurmaya yol açır.

Bazarlarda təlatüm yaradan daha bir məlumatsa İtaliyadan gəlib. Banca Carige-yə kapital bazasındakı kəsiri bağlamağa 400 milyon avro (451 milyon dollar) tələb olunur. İtaliyanın əmanətlərin qorunması fondu bunun yalnız bir hissəsini kompensasiya edə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG