Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:10

'Türkiyə və İrana pasiyent axını'-Media icmalı


OPEK
OPEK

Azərbaycanda Konstitusiya günü, OPEK-in gələcək taleyi, Türkiyə və İrana pasiyent axını medianın aparıcı mövzularındandır...

«OPEK-in üzərində qara buludlar»

«Yeni Müsavat» qəzetində «OPEK-in üzərində qara buludlar Azərbaycanı nə gözləyir?» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, son dövrlər dünya mətbuatında Neft İxracatçıları Ölkələri Təşkilatı olan OPEK-in gələcək taleyinə aid tədqiqatlar yer almaqdadır.

Üstəlik, ABŞ prezidenti Donald Tramp da OPEK-i tənqid edərək onu «inhisarçı» adlandırıb.

İqtisadçı Natiq Cəfərli «Yeni Müsavat» qəzetinə deyib ki, dünyada kartel sövdələşmələri iqtisadi cinayət sayılır.

O vurğulayıb ki, OPEK 2016-cı ildə hasilatın azaldılması yolu ilə qiyməti qaldırmaq kimi bir addım atıb. Bu isə onun deməsinə görə, beynəlxalq hüququn, Ümumdünya Ticarət Təşkilatının qaydaları baxımından düzgün deyil: «Çünki Avropa ölkələrində buna bənzər digər şirkətlərə qarşı maliyyə cinayəti araşdırmaları aparılıb. Hətta «Apple», «Google», «Samsung» kimi iri şirkətlərin kartel sövdələşmələrinə görə ciddi şəkildə cəzalandırılması da baş verib».

Ekspert deyib ki, bu sahədə inhisarçılığın qarşısını almaqdan ötrü ABŞ Konqresinə bu yaxınlarda NOPEK adlı qanun layihəsi də təqdim olunub: «Bu qanun layihəsinə görə, Amerika ərazisində fiziki və hüquqi şəxslər kartel sövdələşməsinə görə qiymət artımı məsələsində OPEK-i məhkəməyə verib, təzminat ala biləcəklər».

Ekspert hesab edir ki, OPEK-in mövqeyinin zəifləməsi Azərbaycan da problem yarada bilər. Onun fikrincə, belədə bəzi ölkələr bazarda mövqeyini gücləndirməkdən ötrü hasilatını artıracaq. Bu isə onun fikrincə, Azərbaycana ziyandır.

Azərbaycanlılar niyə müalicə üçün İrana gedir? [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Azərbaycandan pasiyent axınının səbəbləri

Moderator.az saytında «Türkiyə və İrana pasiyent axını: insanlarımız niyə əcnəbi ölkələrə üz tutur?» sualı gündəmə daşınır.

Yazıda başlığa çıxarılan mövzu professor Adil Qeybulla ilə müzakirə edilib.

Yazıda bildirilir ki, Türkiyə Səhiyyə Nazirliyi Azərbaycandan bu ölkəyə üz tutan pasiyent sayı ilə bağlı maraqlı statistika təqdim edib. Müəllifin qeyd etməsinə görə, orada vurğulanıb ki, cari ilin ilk altı ayı ərzində Azərbaycandan Türkiyəyə müalicə məqsədilə 7 min 800 nəfərə qədər şəxs səfər edib.

Professor A.Qeybulla da moderator.az-a açıqlamasında Azərbaycandan başqa ölkələrə müalicə məqsədilə çox adamın getdiyini deyərək bunun bir sıra səbəblərini göstərib.

A.Qeybullanın deməsinə görə, müalicə üçün xaricə gedənlər sırasında məmurlar üstünlük təşkil edir: «Türkiyədə tibbi xidmət kənar vətəndaşlar üçün özəldir və onun pulu da adi vətəndaşların cibinə uyğun deyil. Türkiyədə müalicəyə müəyyən maddi imkana malik olan şəxslər gedə bilər. Bunlar məmurlar, iş adamları və sairədir».

Professor deyib ki, hazırda Azərbaycan vətəndaşlarının müalicə məqsədilə kütləvi axın etdiyi ölkə İrandır. Onun deməsinə görə, İranda tibbi xidmət Türkiyədən xeyli ucuzdur: «Dünyanın hər yerində müalicə ilə bağlı axın var. Məsələn, Türkiyədən Almaniyaya, Almaniyadan Amerikaya da belə axın müşahidə edilir. Amma bu axın bizdəki kimi böyük səviyyədə deyil».

Professor deyir ki, bu ölkələrin hər birində icbari tibbi sığorta var, səhiyyə yüksək səviyyədədir.

Konstitusiya
Konstitusiya

Konstitusiya günü

«Azərbaycan» qəzetində «12 noyabr- Konstitusiya Günüdür» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, bu gün, noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 23 il ötür: «1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı».

Müəllif hesab edir ki, Konstitusiyanın qəbulu müstəqillik tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, keçmiş prezident Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir: «Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi».

Yazıda bildirilir ki, 1997-ci il oktyabrın 21-də «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilib: «1998-ci il iyulun 14-də Milli Məclisin Qərarı ilə Konstitusiya Məhkəməsinin 7 hakimi təyin olundu. İyulun 18-də isə Ulu Öndər Heydər Əliyev Konstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi barədə Fərman imzaladı. Bununla da Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı».

XS
SM
MD
LG