Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Cahangir Hacıyevlə bağlı daha bir qərar


C.Hacıyev

Qaradağ Rayon Məhkəməsi «Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti (ASC) İdarə Heyətinin üç ildir həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin yeni istintaq üzrə məhkəməyəqədər həbs müddətini artırıb.

Bu haqda Qaradağ Rayon Məhkəməsinin saytında bildirilir.

Məlumata görə, istintaq qurumu C.Hacıyev barəsində məhkəməyə qədər həbs müddətinin 2 ay artırılması ilə bağlı təqdimat verib.

Təqdimata noyabrın 7-də hakim Rufan Mürsəlovun sədrliyi ilə baxılıb. İstintaq qurumunun təqdimatı olduğu kimi təmin edilib.

C.Hacıyev hazırda mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, kommersiya, qeyri-kommersiya təşkilatlarinda qulluq mənafeyi ilə bağlı cinayətlərdə ittiham olunur. Onun Cinayət Məcəlləsinin 179 (Mənimsəmə), 193 (Cinayət yoluyla əldə edilmiş pulların leqallaşdırılması), 213 (Vergidən yayınma), 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə istintaq edildiyi bildirilir.

Xatırlatma

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dəyərdə kreditlərin götürülüb mənimsənilməsində suçlanır.

C.Hacıyev özünü təqsirli bilmir.

Keçmiş bankir və daha bir çox şəxslər ilə bağlı bu ilin ortalarında yeni cinayət işi açılıb. Hazırda həmin cinayət işi üzrə istintaq gedir. Yeni qərar da bu istintaqla bağlı çıxarılıb.

Multimedia

XS
SM
MD
LG