Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:58

Həbsxanada durumu tənqid etdi və...


Olga Shalina

Rusiya həbsxanalarındakı durumu açıq şəkildə tənqid edən fəala beş sutkalıq həbs cəzası kəsilib. Olga Shalina qeydiyyata alınmamış ultrasolçu partiyanın fəalıdır.

Shalina oktyabrın 25-də Moskvada polis və hərbi avadanlıq sərgisində damarını kəsib, bununla Rusiya həbsxanalarındakı şəraitə etirazını bildirib. O, polisi və məhbusların hüquqlarını pozduqlarına görə penitensiar xidmətləri tənqid edən vərəqələr də yayıb.

Vəkili Sergei Badamshin deyir ki, Moskva məhkəməsi noyabrın 9-da onu kiçik xuliqanlıqda təqsirli bilib.

Shalina Başqa Rusiya partiyasının üzvüdür. Bu partiyanı 2010-cu ildə yazıçı və siyasətçi Eduard Limonov yaradıb.

İyuldan bəri Rusiya həbsxanalarında durum diqqət mərkəzinə keçib. O zaman Yaroslavl həbsxanasında məhbusun 17 nəzarətçi tərəfindən döyülməsini göstərən video yayıldı və ölkəboyu qınağa səbəb oldu.

XS
SM
MD
LG