Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:06

Bu ölkələrdə qadınlar yetərincə uşaq doğmurlar


Ana və uşaq
Ana və uşaq

İnkişaf etməkdə olan ölkələrdə doğum səviyyəsi sürətlə artıb, “çağa bumu” yaşanır. Amma onlarla zəngin ölkələrdə qadınlar əhalinin səviyyəsini saxlamaqdan ötrü yetərincə uşaq doğmurlar. Bunu bu gün – noyabrın 9-da açıqlanmış hesabat üzə çıxarıb.

Hesabatı Səhiyyə Göstəriciləri və Dəyərləndirməsi İnstitutu (IHME) hazırlayıb. Bu qurumu Vaşinqton Universitetində Bill və Melinda Gates Fondu yaradıb. Qurum 8 min data mənbəyindən istifadə edərək belə bir sənəd ərsəyə gətirib.

YEDDİ UŞAQ DOĞAN QADINLAR VAR

Üzə çıxan odur ki, 1950-ci ildə dünyada 2,6 milyard adam yaşayıbsa, ötən il bu rəqəm 7,6 milyard nəfərə qalxıb. Di gəl, artım regionlar və gəlirlər üzrə eyni olmayıb.

Əsasən Avropa, Şimali və Cənubi Amerikalarda 91 ölkədə qadınlar əhalinin indiki səviyyəsinin saxlanmasından ötrü dünyaya yetərincə uşaq gətirmirlər, hesabatda deyilir.

Amma Afrika və Asiyada doğum səviyyəsi artmaqdadır. Nigerdə hər bir qadının həyatı boyu dünyaya ortalama yeddi uşaq gətirdiyi vurğulanır.

Bosniyada miqrant uşaqlar
Bosniyada miqrant uşaqlar

IHME-nin professoru Ali Mokdad “Frans Pres” agentliyinə deyib ki, əhali artımını müəyyənləşdirən ən vacib faktor təhsildir.

“Qadın daha çox təhsil alırsa, təhsil ocağında daha çox il keçirir, hamiləliyi gecikdirir və daha az övlad sahibi olunur”, – o deyib.

Yer üzündə doğum səviyyəsinin ən aşağı olduğu ölkə Kiprdir, burda ortalama bir qadın ömrü boyu bircə uşaq doğur.

Mali, Çad və Əfqanıstanda isə hər qadına altıdan çox körpə düşür.

10 MİLYARD NƏFƏR

BMT əsrin ortasınadək dünya əhalisinin sayının 10 milyard nəfərə çatacağını proqnozlaşdırır.

Bu zaman dünyanın nə qədər adam “tutması” sualı da aktuallıq kəsb etməyə başlayır.

Mokdad deyir ki, inkişaf etməkdə olan ölkələrdə əhali artdıqca, iqtisadiyyat da artır. Zamanla bu, doğum səviyyəsinə də təsir göstərir.

“Asiya və Afrikada əhali artmaqdadır və adamlar yoxsulluqdan çıxır, daha yaxşı gəlir əldə edir, müharibə, iğtişaşlar olmasa. Ölkələrin iqtisadi durumu yaxşılaşdıqca, onlarda doğum səviyyəsinin düşəcəyi gözlənir”, – o deyib.

İndi insanların ömür həddi də uzanıb. “The Lancet” tibb dərgisində dərc olunmuş araşdırmaya görə, 1950-ci illərdə ortalama 48 il yaşayan kişilər indi 71 il yaşayırlar. Qadınların orta ömür uzunluğu 1950-ci ildə 53 idisə, indi 76-dır.

Daha çox yaşamaq isə özüylə sağlıq problemlərini də gətirir, adamlar yaşlandıqca səhiyyə sistemi daha çox yüklənir.

IHME dünyada əsas ölüm səbəbinin ürək xəstəlikləri olduğunu bildirir. Özbəkistan, Ukrayna və Azərbaycanda ürək xəstəliklərindən ölüm halları üzrə göstəricilər yüksəkdir. Cənubi Koreya, Yaponiya və Fransada bu mənada durum yaxşıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG