Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Taliban Moskvada deyib ki, danışıqları Vaşinqtonla aparacaq


Rusiyanın xarici işlər naziri Sergey Lavrov (solda) və Taliban siyasi şurasının başçısı Sher Mohammad Abbas Stanakzai
Rusiyanın xarici işlər naziri Sergey Lavrov (solda) və Taliban siyasi şurasının başçısı Sher Mohammad Abbas Stanakzai

Noyabrın 9-da Moskvada keçirilən danışıqlarda Taliban nümayəndəsi deyib ki, onun təşkilatı Əfqanıstan hökumətui ilə danışıqlara hazır deyil.

Talibanın nümayəndə heyəti Moskvada keçirilən diplomatik konfransa ilk dəfə olaraq qatılmışdı, lakin hökumət bu görüşə rəsmi nümayəndəsini göndərməyib.

Interfax agentliyinin verdiyi xəbərə görə Rusiya paytaxtında keçirilən danışıqların sonunda Taliban nümayəndə heyətinin başçısı Sher Mohammad Abbas Stanakzai deyib ki, onun təşkilatı Kabulla birbaşa danışqıalra hazır deyil və əvəzində Birləşmiş Ştatlarla danışıqlar aparacaq.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Noyabrın 9-da Rusiyada Əfqanıstan hökuməti və Taliban qruplaşmasının iştirakıyla görüş keçirilir. Moskvadakı ABŞ səfirliyi danışıqlara müşahidəçi diplomat göndərib.

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov danışıqları açıb, bu görüşün sülh danışıqlarına yol açacağına ümidini dilə gətirib.

Bu, Əfqanıstan hökuməti və Talibanı bir araya gətirmək üçün Rusiyanın ikinci cəhdidir.

Rusiya sentyabrda konfrans keçirməyə təşəbbüs göstərdi, amma rəsmi Kabil iştirakdan imtina etdi. Bu dəfə də hökumət elçi göndərməyib, amma hökumətin təyin etdiyi Sülh Şurasının üzvləri tədbirə qatılıblar.

İndiyədək Taliban və Sülh Şurasının üzvləri müxtəlif forumlarda qeyri-rəsmi təmaslar qurublar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG