Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:43

Hərbi hissələrdə 'açıq qapı günü'dür


Müdafiə Nazirliyi

Noyabrın 9-u Azərbaycandakı bütün hərbi hissələrdə «Açıq qapı günü» elan edilib.

Müdafiə Nazirliyinin məlumatına görə, bu addım Dövlət Bayrağı günü münasibətilə atılıb.

Məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış ola, xidməti, inzibati binalara, əsgər yataqxanalarına və yeməkxanalara baş çəkə bilərlər.

Məlumatda vurğulanır ki, «Açıq qapı günü» çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə edilir və suallar cavablandırılır.

Bayram günü münasibətilə şəxsi heyətdən ötrü də mədəni-kütləvi tədbirlər təşkil edilib.

Xatırlatma

2009-cu il noyabrın 17-də prezident İlham Əliyev «Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında» Sərəncam imzalayıb.

Bu üçrəngli bayraq (mavi rəng türkçülüyü, qırmızı müasirliyi, yaşıl isə islamı tərənnüm edir) ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və Rusiyanın 1920-ci il aprel işğalına kimi dövlət statusuna malik olub.

Azərbaycanda milli azadlıq hərəkatı zamanı yenidən meydanlarda ucaldılıb. 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı ilə Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən dövlət bayrağı bərpa edilib.

Multimedia

XS
SM
MD
LG