Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 18:25

Avtobus yanğınına görə 5 nəfər məhkum edilib


Aktobedə məhkəmə prosesi, arxiv fotosu

Bu ilin yanvarda Qazaxıstanda 52 özbəkistanlının ölümüylə nəticələnmiş avtobus yanğınına görə beş qazaxıstanlı məhkum edilib.

Noyabrın 9-da Aktobe şəhərində məhkəmə avtobusun 3 sürücüsünü bilməyərəkdən adam ökdürməkdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarını pozmaqda təqsirli bilib, hərəsi beş il həbs cəzasına məhkum edilib. Həmin şəxslər həbs cəzaları bitəndən sonra yeddi il ərzində sürücülük hüququndan da məhrum ediliblər.

Həmin avtobusun məxsus olduğu Asia Transit Service şirkətinin iki əməkdaşı isə texniki baxımdan yararsız nəqliyyat vasitəsindən kommersiya məqsədilə istifadədə, biri texniki sənədlərin saxtalaşdırılmasında təqsirli bilinib. Həmin şəxslərin hər birinə 3 il yarım həbs cəzası kəsilib. Cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Bu şəxslərin beşi də sentyabrın 3-də proses başlananda özlərimi təqsirli bilməmişdilər.

Yanğın yanvarın 18-də Aktobe regionunda baş vermişdi. Avtobus Qazaxıstanın cənubundakı Şimkent regionundan Rusiyanın Samara şəhərinə gedirdi.

XS
SM
MD
LG