Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:04

Danimarkada üç iranlı azad edilib


Kopenhagen, arxiv fotosu

Danimarka hakimiyyəti terrorçuluğu dəstəkləməkdə şübhəli bilinən, iranlı müxalifət qrupunun üç üzvünün azad edildiyini bildirir.

Polis həmin üç nəfəri noyabrın 7-də həbs edib. Onlar sentyabrda İranın Əhvaz şəhərindəki terror hücumunu alqışlamaqda suçlanırdılar.

Ancaq polis tərəfindən dindirildikdən sonra elə həmin gün axşam azadlığa buraxılıblar.

Bu üç şəxs Əhvazın Azadlığı uğrunda Ərəb Mübarizə Hərəkatının (ASMLA) üzvləridir. ASMLA İranın cənub-qərbindəki neft hasil olunan Xuzistan vilayətində etnik ərəblər üçün ayrıca dövlət qurulmasını istəyir.

Tehran bu qruplaşmanı sentyabrda Əhvaz şəhərində azı 25 nəfərin öldürüldüyü hərbi parada hücumda da ittiham edir. Qruplaşmaq isə zorakılığı pisləyib, onda əli olmadığını bildirib.

Danimarka ötən həftə elan edib ki, sentyabrda polis əməliyyatı nəticəsində İranın planının üstü açılıb, ölkədə İran əsilli ərəb müxalifətçini öldürmək istəyiblər. Söhbət sözügedən təşkilatın Danimarka qanadının rəhbərindən gedir.

İsveç polisi isə həmin planla əlaqədar oktyabrın 21-də İran əsilli Norveç vətəndaşımı həbs etdiyini, Kopenhagenə təhvil verdiyini bildirib.

Norveçli şübhəli və İran hökuməti iddiaları təkzib edib.

XS
SM
MD
LG