Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:19

BŞİH: Qadın yolu süpürəndə yox, keçərkən vurulub


Qar təmizləyən: 'Xanım-xatın arvad idim, indi əlimə bel almışam...'
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00

Qar təmizləyən: 'Xanım-xatın arvad idim, indi əlimə bel almışam...'

«Bakıda faciəli şəkildə ölən qadını avtobus yolu süpürərkən deyil, yolu keçərkən vurub».

Bunu «Report»a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildiriblər.

BŞİH-dən vurğulayıblar ki, Bəsti Eyvazova üç il əvvələ qədər Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 34 saylı Mənzil-Kommunal və Texniki Xidmət sahəsində çalışıb: «Bəsti Dostəli qızı Eyvazova 2015-ci ildən orada çalışmırdı».

Faktla bağlı Nizami Rayon Polis İdarəsi cinayət işi başlayıb, istintaq aparılır.

Hadisəni törədən sürücü saxlanılıb.

+++

Noyabrın 8-i səhər saatlarında Nizami rayonunda avtobus 70 yaşlı bir qadını vurub. Onun yolu təmizləyərkən vurulduğu deyilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov bildirib ki, hadisə Nizami rayonu, Qara Qarayev prospektində, metronun «Neftçilər» stansiyası yaxınlığında baş verib.

V.Əsədov habelə vurğulayıb ki, vəfat edən qadın 1948-ci il doğumlu Bəsti Eyvazovadır. O, artıq qəzanı törədən avtobus sürücüsünün də müəyyən edildiyini bildirib.

Yolda təmizlik işləri apararkən yaşlı qadınların qəza nəticəsində ölməsi ilə bağlı son dönəmlər bir neçə hadisə baş verib.

Bu hadisələr sosial şəbəkələrdə də gərgin müzakirə edilir. Bəzi sosial şəbəkə istifadəçiləri yazırlar ki, ölkəyə böyük neft pulları gəlsə də, ehtiyac üzündən çalışan yaşlı qadınların yol qəzalarında ölməsi halları davam etməkdədir. Onlar hesab edirlər ki, rəsmilər Azərbaycanı regionun lider ölkəsi sayırsa, küçələrdə təmizlik işləri texniki vasitələrlə həyata keçirilməlidir.

Multimedia

XS
SM
MD
LG