Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:23

Həbsxanada qiyamda azı 22 nəfər ölüb


Xucandda həbsxana

AzadlıqRadiosu yerli hakimiyyətə yaxın mənbələrdən qiyamda azı 22 nəfərin öldürüldüyünü öyrənib. Onların içində 3 nəzarətçi də var.

Tacikistan hökuməti hələlik, nə həbsxanada qiyam olduğunu, nə də ölüm hallarını təsdiqləyib.

***

Ötən gecə Tacikistanın şimalındakı Xucand şəhərində həbsxanada qiyam baş verib, bir neçə məhbus öldürülüb. Bu barədə AzadlıqRadiosu yerli hakimiyyətə yaxın mənbələrdən məlumat əldə edib.

Mənbələr qiyamın səbəbinin bilinmədiyini, amma həbsxanaya göndərilən əlavə polis qüvvəsi tərəfindən yatırdıldığını bildirir.

“Bəzi məhbuslarda bıçaq olub, bəziləri öldürülüb, bəziləri qaça bilib”, – mənbələrdən biri deyib.

“Reuters” adını çəkmədiyi üç mənbəyə istinadla azı 13 məhbusun təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü xəbər verir.

Yerli sakinlər radioya həbsxana ərazisindən silah səsləri eşitdiklərini deyiblər.

Xuncad penitensiar xidməti silah səsləri barədə deyilənləri rədd edib, amma fövqəladə vəziyyət yarandığını təsdiqləyib.

Şəhər hakimiyyəti də qiyam baş verdiyini təsdiqləyib, əlavə informasiya verməyib.

Yerli sakinlər şəhəri qonşu Özbəkistan və Qırğızıstanla birləşdirən yolların polis tərəfindən bağlandığını söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG