Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:17

Ağ ev CNN müxbirinin pres-kartını alıb


İnsident zamanı
İnsident zamanı

Ağ ev CNN televiziyasının əməkdaşının akkreditasiyasını ləğv edib. Bu, müxbirlə Prezident Donald Trump arasında noyabrın 7-də, aralıq seçkilərdən sonrakı mətbuat konfransında yaranmış mübahisədən sonra baş verib.

Jurnalist Jim Acosta Latın Amerikasından Birləşmiş Ştatların cənub sahillərinə yol almış miqrant karavanıyla bağlı prezidentdən soruşub ki, o, seçki kampaniyası zamanı “mühacirləri qaralamayıb ki”.

Trump bunu təkzib edərək deyib ki, miqrantların ölkəyə “qanuni yolla” gəlməsini istəyir. Acosta isə deyib ki, “onlar yüzlərlə mil uzaqdadırlar, bu, işğal deyil”.

“KƏSKİN SUALLAR”IN BƏDƏLİ

Trump isə qeyzlənərək jurnalistə tərəf dönüb: “Yetər, mikrofonu söndürün”.

Xanım əməkdaş mikrofonu jurnalistdən ala bilməyib, “üzr istəyirəm, xanım”, – Acosta deyib.

Donald Trump mətbuat konfransında
Donald Trump mətbuat konfransında

Ağ evin mətbuat katibi Sarah Huckabee Sanders insidentdən sonra verdiyi bəyanatda Acosta-nı “Ağ evdə işini görməyə çalışan gənc qadına mikrofonu fiziki gücü hesabına verməməkdə” ittiham edib, bunu “tamamilə qəbuledilməz” adlandırıb.

Acosta isə tvitində yazıb ki, işçiyə qarşı fiziki güclə davranması barədə deyilənlər “yalandır”.

CNN isə müxbirini müdafiə edib, bildirib ki, Acosta-nın akkreditasiyası “onun kəskin suallarına görə” ləğv olunub. Televiziya Sandersi Acosta-nın hərəkətləri barədə yalan danışmaqda suçlayıb.

Dünənki mətbuat konfransı prezidentin jurnalistlərlə münasibətlərinin nə dərəcədə gərgin olmasını bir daha ortaya qoyub.

Trump konfransda deyib ki, aralıq seçkisi respublikaçılar üçün “Böyük Qələbə” olub, “Mənfur və Düşmən Medianın təzyiqi altında” əldə edilib.

Ağ ev Müxbirlər Assosiasiyası noyabrın 7-də yaydığı bəyanatda bildirib ki, “Ağ evə akkreditasiyanın ləğvi ehtimal edilən pozuntuya yersiz reaksiyadır və qəbuledilməzdir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG