Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Oktyabr, Cümə, Bakı vaxtı 00:14

Rusiyayla Çin Vaşinqtonu ittiham edir


Dmitry Medvedev

Rusiya və Çin liderləri ABŞ sanksiyalarını və tarifləri kəskin tənqid edir, Vaşinqtonun qurduğu qlobal ticarət sisteminə zərbə vurduğunu deyir. Onların sözlərinə görə, bu addımlar Pekinlə Moskva arasında daha sıx iqtisadi və siyasi əlaqələrin yaradılmasına xidmət edib.

Rusiyanın Baş naziri Dmitry Medvedev noyabrın 7-də Pekinə səfəri zamanı Birləşmiş Ştatları sanksiyalar vasitəsilə dünya ticarətində üstünlük qazanmaqda, yerli siyasi mübahisələrin həllinə çalışmaqda suçlayıb.

Aydındır ki, sanksiyaların bütün növləri, İrana, Rusiyaya qarşı sanksiyalar, təchizata qadağalar, Avropa Birliyi və Çinə qarşı rüsumların məqsədi yerli siyasi problemləri həll etməkdir”, – Medvedev deyib.

“Proteksionizm və birtərəfli yanaşmalar çoxtərəfli ticarət sisteminə ziyan vurur, Ümumdünya Ticarət Təşkilatı bu ticarətin özəyidir”, – Çinin Baş naziri Li Keqiang vurğulayıb.

Rusiyayla Çin ÜTT-nin qoyduğu Qərb ticarət standartlarına uyğun gəlməkdən ötrü çox mübarizə aparıblar. Onlar indi bu qurumun ən böyük müdafiəçilərinə dönüblər.

Medvedev deyib ki, Çin Rusiyanın ən böyük ticarət tərəfdaşına çevrilib, bu il qarşılıqlı ticarətin ilk dəfə olaraq 100 milyard dollara çatacağı gözlənir.

XS
SM
MD
LG