Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:04

Asia Bibi Pakistandan ‘çıxmayıb’


Asia Bibinin portreti

Pakistanın Xarici İşlər Nazirliyi Asia Bibinin ölkədən çıxması xəbərlərini təkzib edib.

Nazirliyin sözçüsü Mohammad Faisal noyabrın 8-də mediaya deyib ki, “onun ölkəni tərk etməsi xəbərlərində həqiqət yoxdur – bu, saxta xəbərdir”.

***

Pakistanda küfrə görə ölüm cəzasından bəraət almış xristian qadın Asia Bibi həbsxanadan buraxılıb və “təhlükəsiz yer”ə aparılıb. Bunu qadının vəkili və Avropa Parlamentinin prezidenti deyib.

“Pakistan hakimiyyətinə təşəkkür edirəm. Tezliklə onu və ailəsini Avropa Parlamentində görməyi səbirsizliklə gözləyirəm”, – parlamentin prezidenti Antonio Tajani noyabrın 7-də deyib.

Bibinin vəkili Saiful Mulook deyib ki, Bibi və ailəsi Pakistandan çıxıb, amma onların hara getdiyini açıqlamayıb.

Adı çəkilməyən təhlükəsizlik rəsmilərinin bildirməsinə görə, Bibi Puncab vilayətində həbsxanadan buraxılıb və hücum təhlükəsi səbəbindən İslamabadda açıqlanmayan yerə aparılıb.

Bibi yeddi il ölüm cəzasının icrasını gözləyib. Onun Məhəmməd peyğəmbəri təhqir etdiyi bildirilirdi, özü isə bunu inkar edirdi.

Oktyabrın 31-də Pakistan Ali Məhkəməsi qadına qarşı ölüm cəzasını ləğv etdi və bu, radikal islamçıların zorakı etirazlarına səbəb oldu.

Bundan sonra qadının əri Ashiq Masih qərb ölkələrindən yardım istədi.

Vəkil Malook Niderlanda qaçıb.

XS
SM
MD
LG