Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:25

REAL 40 min imza toplamağa başlayıb


İ.Məmmədov

REAL Partiyası üç qanun layihəsi təklifi ilə çıxış edib.

Bu haqda partiyanın saytı xəbər verir.

Məlumata görə, qanun layihələri Bakı şəhərində seçkili mer vəzifəsinin təsis edilməsi, devalvasiyanın mənfi nəticələrinin aradan qaldırılması və ali məktəblərdə oxuyan tələbələrin təhsil haqlarını tam olaraq dövlətin ödəməsi ilə bağlıdır.

Partiya qanun layihələrini ölkə parlamentinə təqdim etmək niyyətindədir. Ancaq ölkə Konstitusiyası bundan ötrü azı 40 min seçicinin imzasının toplanılmasını nəzərdə tutur.

REAL Partiyasının lideri İlqar Məmmədov isə öz açıqlamasında bildirib ki, artıq imzatoplama kampaniyasına start verilib.

İ.Məmmədov sözügedən qanun layihələrinin hər birinin cəmiyyəti düşündürən problemlərdən qaynaqlandığını ifadə edib. Onun sözlərinə görə, 40 min imza toplandıqdan sonra REAL Partiyası qanun layihələrini Milli Məclisə təqdim edəcək.

Xatırlatma

Hələ illər öncə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanın paytaxtı Bakı şəhərinin başçısının seçki yolu ilə müəyyənləşdirilməsi ilə bağlı tövsiyə verib. Ancaq Azərbaycan rəsmiləri bu tövsiyəyə soyuq yanaşırlar.

2015-ci ildə ölkədə manatın iki dəfə devalvasiyası baş verib. Həmin devalvasiyalar nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirib. Bundan sonra ölkədə xarici valyutada götürülən kreditlərin qaytarılmasında problemlər yaşanıb. Hazırda ölkədə 1.8 milyard manata yaxın dəyərdə problemli kreditlər olduğu bildirilir.

Azərbaycan ali məktəblərində isə tələbələrin təqribən 70 faizinin ödənişli əsaslarla təhsil aldığı bildirilir.

Multimedia

XS
SM
MD
LG