Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:20

Serebrennikov-un məhkəməsi başlanır


Kirill Serebrennikov

Rusiyada teatr və kino rejissoru Kirill Serebrennikov-un məhkəməsi başlanır. O, mənimsəmədə ittiham olunur, 10 ilədək həbsə məhkum edilə bilər. Özü ittihamı əsassız və absurd sayır.

İki həftəlik yubanmadan sonra noyabrın 7-də Serebrennikov və daha üç təqsirləndirilənin Meşanski məhkəməsində mühakiməsi başlanıb.

Serebrennikovun həbsi Rusiyanın yaradıcı icmasını sarsıdıb, Qərbi qəzəbləndirib. Hakimiyyətin Prezident Vladimir Putin hökumətini tənqid edən fiqurları hədəfə almasına dair ittihamlar səslənib.

Rejissor əvvəlsə Gogol Mərkəzi teatrıyla bağlı təhqiqatda şahid kimi dindirilib. 2017-ci ilin avqustunda o həbs olunub, 68 milyon rubl (1 milyon dollar) dövlət vəsaitini mənimsəməkdə ittiham olunub. Həmin pul 2011-2014-cü illər ərzində rejissorun yaratdığı Yeddinci Studiyaya ayrılıb.

2018-ci ilin yanvarında mənimsənildiyi deyilən vəsaitin məbləği 133 milyon rubla (2 milyon dollar) qaldırılıb.

Serebrennikov ittihamları “cəfəngiyat” adlandırıb, deyib ki, bədii direktordur, maliyyə sənədlərinin ona dəxli yoxdur.

XS
SM
MD
LG