Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 14:15

İtaliya xristian qadın üçün təhlükəsiz yer tapmağa çalışır


Matteo Salvini

İtaliya rəsmiləri bildirirlər ki, Pakistanda küfrdən bəraət almış xristian qadının və ailəsinin təhlükəsiz ölkəyə köçürülməsinə çalışırlar.

Asia Bibi ötən həftə küfrə görə ölüm cəzasından azad edilib, amma radikal islamçıların 3 günlük etirazlarından sonra hökumət onun ölkədən çıxışını yasaqlayıb, işə yenidən baxılmasına razılaşıb.

Digər Qərb ölkələri ilə işləyirik. Hər şeyi ehtiyatla etməliyik”, – İtaliyanın Daxili işlər naziri Matteo Salvini noyabrın 6-da İtaliya radiosuna müsahibəsində deyib.

“Həyatları təhlükədə olan qadınların və uşaqların istər bizim ölkəmizdə, yaxud da digər Qərb ölkələrində təhlükəsiz yaşamalarını istəyirəm. Bunu təmin etməkdən ötrü əlimdən gələni edəcəyəm”, – o deyib.

Hökumət ötənhəftəki etirazların yüzlərlə iştirakçısını saxlayıb.

Bundan sonra Asia Bibinin həyat yoldaşı videomüraciətində Qərb ölkələrindən kömək istəmişdi.

Qanunsuz mühacirətə qarşı sərt mövqeyilə tanınan populist siyasətçi Salvini isə Bibinin məsələsinə görə Pakistan hökumətinə günahlandırmadığını söyləyib.

Əsl düşmən zorakılıq, ekstremizm və fanatizmdir”, – o, radiostansiyaya deyib.

XS
SM
MD
LG