Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:05

İranın Çabahar limanı sanksiyalardan azaddır


İran Prezidenti Hassan Rohani (ortada) Çabahar limanının açılışını edir

ABŞ Dövlət Departamenti İranın Çabahar liman layihəsini sanksiyalardan azad etdiyini bildirib. Bu, həmin limanın quruyla əhatələnmiş Əfqanıstandan ötrü əhəmiyyətilə bağlıdır.

Prezident Donald Trump-ın “Cənubi Asiya strategiyasında Əfqanıstanın iqtisadi artımına və inkişafına dəstəyimizin davam etməsi, eləcə də Hindistanla sıx tərəfdaşlığımız vacib yer tutur”, – departamentin sözçüsü noyabrın 6-da deyib.

İran ötən il Hind Okeanından bu limanın açılışını edib. Liman əsasən Hindistan tərəfindən tikilir. Onun Əfqanıstana əsas təchizat marşrutu olacağı gözlənir.

Eyni zamanda Hindistan rəqibi Pakistandan yan keçməklə Orta Asiya və Afrikayla ticarət apara biləcək.

Departament bildirib ki, Çabaharla yanaşı, onun bir hissəsi olan dəmiryol layihəsi və İrandan Əfqanıstana neft göndərişləri də sanksiyalardan azad olunacaq.

XS
SM
MD
LG