Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:16

Ukraynanın baş prokuroru istefa verir


Yuriy Lutsenko

Ukraynanın Baş prokuroru Yuriy Lutsenko parlamentdə deyib ki, istefa ərizəsini təqdim edəcək. Səbəb zəhərli turşu hücumuna məruz qalmış antikorrupsiya fəalı Kateryna Handzyuk-un ölümünə dair təhqiqatdan ictimaiyyətin narazılığıdır.

Bu gün istefamı Ukrayna prezidentinə təqdim edəcəyəm və siz də parlament kimi bu məsələyə baxmalı olacaqsız”, – Lutsenko noyabrın 6-da parlamentdə deyib.

Dünənə qədər təhqiqatın səmərəli aparılmasından əmin idim, ancaq bu ölüm işi ətrafındakı spekulyasiya məni məyus etdi. Dünənki informasiya dalğası təhqiqatın uğuruna ziyan vurub”, – Lutsenko deyib.

O, “hakimiyyətdən yapışması”na dair narahatlıqlara cavab olaraq istefaya getdiyini açıqlayıb.

Dünən Ukraynanın insan haqları qrupları və vətəndaş cəmiyyəti qurumları bu işlə əlaqədar ölkənin hüquq-mühafizə orqanları rəsmilərini istefaya çağırıb. Onlar ölkədə bir sıra fəallara hücumlara dair təhqiqatın gedişindən “qəzəbləndiklərini” dilə gətiriblər.

Polisdə korrupsiyanı tənqid etməsilə tanınan Handzyuk iyulun 31-də evinin qarşısında kükürdlü turşu hücumuna məruz qalıb. O, noyabrın 4-də Kiyevdə xəstəxanada dünyasını dəyişib.

Bu hücuma görə beş şübhəli saxlanıb, amma hücumun arxasında kimin durduğu bəlli deyil. Saxlanan şübhəlilər içində hüquq-mühafizə orqanı rəsmisi də var.

XS
SM
MD
LG