Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 20:43

Belarusda Rusiya hərbi bazasına ‘ehtiyac yoxdur’


Alyaksandr Lukashenka, arxiv fotosu

Belarus Prezidenti Alyaksandr Lukashenka deyir ki, ölkəsi Rusiyanın müttəfiqidir, ancaq burada Rusiya hərbi bazasına ehtiyac yoxdur.

Noyabrın 6-da Minskdə bir qrup ABŞ eksperti və təhlilçisi ilə görüşdə Lukashenka onu da qeyd edib ki, Avropada Birləşmiş Ştatların “hərbi və siyasi rolu” vacibdir.

Belarusun silahlı qüvvələri təhlükəsizliyin təminatında, vəzifələrinin icrasında istənilən başqa ölkədən daha bacarıqlıdır, elə Rusiya Federasıyasından da, Lukashenka vurğulayıb.

O, Belarusun “bir Avropa ölkəsi” olduğunu, “güclü və vahid Avropa”da maraqlı olduğunu qeyd edib.

Belarusu 1994-cü ildən bəri idarə edən Lukashenka şərq qonşusu Rusiyayla qərbdə Avropa Birliyi arasında balans yaratmağa çalışır.

AB 2016-cı ildə Belarusa sanksiyaları yumşaldıb. Səbəb Minskin siyasi məhbus sayılan bir neçə şəxsi azad etməsi idi. Ancaq 2017-ci ilin martında Lukashenka hökuməti işsizlik vergisinə etiraz edənlərə divan tutdu və yenidən AB tərəfindən tənqid olundu.

XS
SM
MD
LG