Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:10

Əsgər anaları yenə Prezident Administrasiyasının önündə


Prezident Administrasiyasının qarşısında etiraz
Prezident Administrasiyasının qarşısında etiraz

Qarabağ uğurunda döyüşlərdə həlak olan insanların ailə üzvləri Prezident Administrasiyasında qəbulda olublar. Qəbuldan çıxdıqdan sonra deyiblər ki, onları dövlət başçısının iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun köməkçisi qəbul edib.

«Biz ona bütün lazımı sənədləri göstərdik və sözümüzü dedik. O bu barədə olduğu kimi məlumat verəcəyini bildirdi. Bizim telefon nömrələrimizi götürdü. Dedi ki, nəticə haqqında bizə özü məlumat verəcək. Biz gözləmə mövqeyinə keçirik», - deyə qəbuldan çıxanlardan biri AzadlıqRadiosuna deyib.

+++

Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanlardan bəzilərinin yaxınları Prezident Administrasiyasının qarşısında gözləməkdədirlər. Təmsilçilərdən Sevinc Quluzadə bildirib ki, onlardan bir nəfər - Zərifə Əliyeva Prezident Administrasiyasında qəbul şöbəsində olub.

«Ona deyiblər ki, bu məsələ araşdırılır, tezliklə problem həllini tapacaq. Hər dəfə bizə deyilən sözlərdir, yeni bir əməli yanaşma yoxdur və daha çox quru vədə oxşayır. Odur ki, şəhid ailələri yalnız prezident İlham Əliyevlə görüşmək istəyirlər», - deyə o vurğulayıb.

+++

Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanlardan bəzilərinin ailə üzvləri Prezident Administrasiyasının yaxınlığında gözləyərkən müxtəlif şüarlar da səsləndiriblər. Onlar vurğulayıblar ki, ölkənin ərazi bütövlüyü uğurunda həlak olan insanların haqları yeyilməməlidir.

+++

Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanlardan bəzilərinin yaxınları şikayətlərini davam etdirirlər.

Onlardan bir qrup şəxs bu gün, noyabrın 6-da metronun «Sahil» stansiyasından piyada Prezident Administrasiyasının qarşısına gəliblər. Arada onlara polislər və mülkigeyimli şəxslər maneçilik törədiblər.

Ailə üzvlərinə döyüşlərdə həlak olanların şəkillərini başları üzərində tutmağa imkan verməyiblər. Polis deyib ki, kütləvi yox iki-iki, üç-üç hərəkət etsinlər.

«Biz bunu hüquqlarımızın tapdanması, şəhid adına hörmətsizlik kimi dəyərləndiririk. Biz dövlətin bizə verəcəyi 11 min manat müavinəti istəyirik»,-deyə şikayətçilərdən biri deyib.

Ancaq şikayətçilər Prezident Administrasiyasının qarşısına gəlib çatıblar. Onlar deyiblər ki, ya prezidentin, ya da onun köməkçilərindən birinin qəbuluna düşmək istəyirlər.

Əsgər analarına yenə eyni vəd verildi: "Məsələniz araşdırılacaq"
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Həmin insanlar bundan öncə də bir neçə dəfə həm Prezident Administrasiyasının, həm Milli Məclisin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar. Sonuncu dəfə, ötən həftə isə Azərbaycan prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovun köməkçisinin qəbulunda olublar. Ancaq qəbuldan razı qalmayıblar.

Onların demələrinə görə, həlak olan yaxınlarının soyadını, adını, atasının adını uyğun sayta daxil edəndə ödənişin həyata keçirildiyi barədə informasiya ilə qarşılaşırlar.

«Bu barədə rəsmi qurumlara şikayətlərimiz isə müsbət nəticə vermir. Bizi yalandan yola verirlər», - deyə onlar vurğulayıblar.

Bu deyilənlərə, hələlik, Prezident Administrasiyası rəsmilərindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Prezident İ.Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Amma bundan sonra bəzi ailələrin narazılığı eşidilməyə başlayıb.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də məsələyə münasibət bildirib. Şirkət yaydığı açıqlamada həmin ailələrin səsləndirdiyi iddianın doğru olmadığını vurğulayıb: «1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Həmin dövrdə «Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında» Qanuna əsasən, varislərə 50000 – 200000 manat məbləğində sığorta ödənişi həyata keçirilib...».

Bir sıra ekspertlər isə deyirlər ki, şirkətin dediyi vaxt 50 min manat indiki kursla 20 dollardan belə azdır. Onlar vurğulayırlar ki, prezidentin fərmanında isə 11 min manat ödəmədən söhbət gedir. Həmin ekspertlərin fikrincə, ən pis halda indiki kursla həmin məbləğin qalan hissəsi ödənilməlidir.

Bu günlərdə isə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin açıqlamasından bəlli olub ki, onlardan, hələlik, yalnız 100-dən çox ailənin sənədləri qaydasındadır.

«İlkin mərhələ kimi vərəsələrdən 114 şəhid hərbi qulluqçu üzrə 144 nəfər vərəsənin sənədlərinin qaydasında olduğu nəzərə alınmaqla, onlara birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul olunub», - nazir bildirib.

Bu fərman yeni veriləndə isə rəsmilər demişdilər ki, ilkin hesablamalara görə, bu, təqribən 8 min 800 nəfərə şamil ediləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG