Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:02

Belarusda serjantlara uzunmüddətli həbs kəsilib


Belarusda hərbçi, arxiv fotosu

Belarus ordusunun üç serjantına gənc çağırışçının ölümünə görə uzunmüddətli həbs cəzası kəsilib. Ötən ilin oktyabrında dünyasını dəyişmiş çağırışçı Alyaksandr Korzhych nizamnamədən kənar hərəkətlərdən şikayətlənirmiş.

Noyabrın 5-də Minsk Regional Məhkəməsi serjantlar Anton Vyazhevich, Yahor Skuratovich və Yauhen Baranouski-ni rüşvət almaq və hakimiyyətdən sui-istifadədə təqsirli bilib.

Həm də oğurluqda təqsirli bilinən Baranouski 9 il,Vyazhevich 7 il, Skuratovich isə 6 il həbsə məhkum edilib.

21 yaşlı Korzhych ötən il oktyabrın 3-də, orduya çağrılandan beş ay sonra Peçi hərbi təlim bazasının izolyatorunda asılmış vəziyyətdə tapılıb. Qohumları onun rütbəli zabitlər tərəfindən “dedovşina”ya məruz qaldığını bildiriblər. Ondan daha çox pul tələb olunduğu bildirilib.

Korzhych Belarusda altı ay içində ordunun bazasında asılmış vəziyyətdə tapılan ikinci çağırışçı idi. Bu hadisə orduda nizamnamədən kənar hərəkətlər barədə debatlara səbəb oldu, müdafiə nazirinin istefasına çağırışlar səsləndi.

XS
SM
MD
LG