Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 14:19

Maltanın qalmaqallı bankı bağlandı – Qərb mediası


Jurnalist və bloqqer Daphne Capuana Galizia
Jurnalist və bloqqer Daphne Capuana Galizia

Avropa Mərkəzi Bankı Maltanın Pilatus Bankının lisenziyasını ləğv edib. Bu bankın sədri ABŞ-da çirkli pulyuma ittihamları üzrə həbs olunmuşdu.

BBC Maltanın Maliyyə Xidmətləri Orqanına istinadla yazır ki, bu qurum Avropa bankını tədbir görməyə çağırıbmış.

Bir il öncə avtomobilinə qoyulmuş bombanın partlaması nəticəsində öldürülmüş jurnalist Daphne Caruana Galizia bu bankı korrupsiya ödənişlərində ittiham edirdi.

***Buna da bax: İranlı bankir ABŞ-da saxlandı, Maltada işdən çıxarıldı

Həmin qətldən bəri AB bankla bağlı araşdırma aparırdı.

Martda Malta hakimiyyəti bankın aktivlərini dondurdu. Bundan öncə isə bankın sədri Ali Sadr Hashemi Nejad Birləşmiş Ştatlarda saxlandı. Menheten federal məhkəməsinin araşdırdığı ittihamnaməyə görə, o, ABŞ-ın İrana sanksiyalarından yayınma sxemində iştirakda suçlanır.

Jurnalistin atası Michael Vella etiraz aksiyasında
Jurnalistin atası Michael Vella etiraz aksiyasında

Jurnalist Caruana Galizia Pilatus Bankı bir sıra cinayətlərdə, o cümlədən Malta və Azərbaycanın aparıcı fiqurlarına şübhəli ödənişlərdə ittiham edirdi.

***Buna da bax: Maltalı jurnalistə Əliyevlər ailəsiylə bağlı informasiya ötürən polisə təslim olub

Jurnalistin ölümündə suçlanan üç nəfər – George və Alfred Degiorgio qardaşları və onların dostu Vince Muscat 2017-ci ilin dekabrında polis əməliyyatı nəticəsində saxlanıblar. Onlar məhkəmədə özlərini təqsirli bilməyiblər.

Amerikalılar Trump-dan çox digər liderlərə inanırlar

Amerikalılar Fransa, Yaponiya və Almaniya liderlərinin dünya işlərində ABŞ Prezidenti Donald Trump-dan daha düzgün davranacağına inanırlar. Bunu “Pew” Araşdırma Mərkəzinin bu ilin əvvəlində keçirdiyi rəy sorğusu üzə çıxarıb.

Emmanuel Macron (solda) və Donald Trump
Emmanuel Macron (solda) və Donald Trump

Görünən odur ki, ABŞ-da çoxları Fransa Prezidenti Emmanuel Macrona, Yaponiyanın Baş naziri Shinzo Abeyə və Almaniya kansleri Angela Merkelə daha çox inanır. Yalnız 48% düşünür ki, Trump beynəlxalq arenada düzgün olanı edəcək.

Amma yenə də digər ölkələrə baxanda, amerikalılar Trump-a daha çox inanırlar. 25 başqa ölkədə rəyi soruşulanların ortalama 27%-i ABŞ prezidentinə inandığını dilə gətirib.

Sorğuda yeddi liderə inam məsələsi müzakirəyə çıxarılıb. Amerikalılar ən az Rusiya liderinə inanırlar, hər beş nəfərdən biri, yəni 21% onun dünya məsələlərində düzgün davrandığını bildirib. Çin Prezidenti Xi Jinping və Hindistanın Baş naziri Narendra Modinin reytinqi eynidir: Birləşmiş Ştatlarda hər 10 nəfərdən biri (39%) onlara inanır.

ABŞ-da dünya liderləri barədə rəylər partiya mənsubiyyəti ilə də bağlıdır. Məsələn, respublikaçıların, yaxud onlara meylli müstəqillərin hər 10 nəfərindən təxminən doqquzu (88%) Trump-a inanır. Demokratlar, yaxud onlara meyllənənlər içində bu göstərici 16 faizdir. Həm də respublikaçılar Putin və Abeyə demokratlardan daha çox inanırlar.

Demokratların üçdə ikisi (67%) Merkelə inansa da, respublikaçıların 47%-i kanslerə inanır.

Yəməndə nə baş verir

Bu həftə Birləşmiş Ştatların Müdafiə naziri Jim Mattis və Dövlət katibi Mike Pompeo Yəmən münaqişəsinin bütün tərəflərini növbəti 30 gün ərzində atəşkəsə razılaşmağa çağırıb. “Stratfor” təhlil mərkəzi yazır ki, bu, indiyədək ABŞ hökuməti tərəfindən münaqişənin bitirilməsinə yönəlik ən güclü ictimai çağırışdır. Yəməndə hökumət Səudiyyənin dəstəyilə şiəməzəb husi yaraqlıları ilə mübarizə aparır.

Yəmənli uşaq
Yəmənli uşaq

Ancaq bu çağırışlara baxmayaraq, həm husilər, həm də koalisiya qüvvələri strateji liman şəhəri olan əl-Hudayda uğrunda daha bir döyüşə hazırlaşır. Bu şəhər Yəmənə ərzağın və humanitar yardımın daxil olmasında əsas nöqtədir. Husilər üçün bu şəhərin strateji əhəmiyyəti var, İrandan silah və digər təchizatı buradan əldə edirlər. Amma İran husilərə siıah göndərmədiyini deyir.

Yəmən hökumətinin şəhərə əlavə olaraq 10 min döyüşçü göndərdiyi bildirilir. Səudiyyə koalisiyası şəhərə nəzarətin üsyançılardan alınması üçün əməliyyata hazırlaşır.

“Stratfor” yazır ki, Ağ evə həm ABŞ daxilindən, həm də dünyadan Səudiyyənin Yəməndəki kampaniyasına dəstəyi azaltması üçün təzyiq olunur. Özəlliklə, jurnalist Jamal Khashoggi-nin İstanbuldakı konsulluqda qətlinə krallığın reaksiyasından dolayı bu təzyiq daha da artıb. Üstəlik, BMT Yəməndə genişmiqyaslı aclıq təhlükəsi riskinin artması xəbərdarlığı edir.

Amma təhlildə vurğulanır ki, ABŞ-dan və dünyadan dirəniş artsa belə, ər-Riyad Yəmənlə bağlı mövqeyini tezliklə dəyişənə oxşamır. Axı, Səuiyyənin niyyəti təkcə İranın bu ölkədən ayağını kəsmək deyil, həm də husilərlə arasındakı tarixi ədavətdir.

XS
SM
MD
LG