Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 19:11

Səudiyyə nüvə tədqiqat reaktorunu işə salır


Mohammed bin Salman innovasiya qalereyasında, 5 noyabr, 2018-ci il

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Mohammad bin Salman krallığın ilk nüvə tədqiqat reaktorunu işə salıb. Məqsəd ölkənin enerji mənbələrini şaxələndirmək, nüvə bacarıqları əldə etməkdir, dövlət mediası belə yazır.

Səudiyyə rəsmiləri növbəti 20 il ərzində ölkədə 16 belə reaktor quraşdırılacağını deyirlər. Bu plan 80 milyard dollara başa gələcək.

Ər-Riyad niyyətinin sadəcə, neft və qaza söykənən ölkə iqtisadiyyatını şaxələndirmək olduğunu bildirir, həm də rəqibi İranın nüvə enerjisi hazırlamasını əsas gətirir. Amma nüvə planlarıQərbin narahatlığına səbəb olub, çünki bunlar Yaxın Şərqdəki bu iki rəqib arasında nüvə yarışmasına yol aça bilər.

İranın Buşehr nüvə enerjisi reaktorunun qarşısı
İranın Buşehr nüvə enerjisi reaktorunun qarşısı

İran kimi ər-Riyad da israr edir ki, yeganə məqsədi dinc nüvə texnologiyası hazırlamaqdır. Şahzadə Mohammad martda xəbərdarlıq edib ki, İran nüvə silahı hazırlasa, ər-Riyad da bunu edəcək.

Mayda isə Birləşmiş Ştatlar İranla 2015-ci il nüvə razılaşmasından çıxdı. İran və sənədə imza atmış digər ölkələr onu qoruyub saxlamağa çalışırlar.

Ər-Riyad ABŞ Prezidenti Donald Trump-ın nüvə sazişindən çıxmasını, İrana sanksiyaları bərpa etməsini alqışlayıb. Vaşinqton bildirir ki, niyyəti İranı nüvə sazişi üzrə yenidən danışıqlara məcbur etmək, Tehranın Suriya və Yəməndəki müharibələrdə iştirakını məhdudlaşdırmaqdır. Bu münaqişələrdə İranla Səudiyyə əks tərəfləri dəstəkləyir.

Noyabrın 5-də vəliəhd şahzadə ər-Riyaddakı Kral Abdulaziz Elm və Texnologiya Şəhərciyində ümumilikdə yeddi layihənin açılışını edib.

Hökumət nüvə reaktoru barədə detallı informasiya verməyib. Amma adətən, bu cür reaktorlar elektrik enerjisi hasil etmək üçün deyil, tədqiqat, inkişaf və təhsil məqsədləri ilə istifadə olunur.

XS
SM
MD
LG