Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:00

Ozon qatı bərpa olunur


Venesueladakı Katatumbo ildırımı dünyada ozon qatının ən böyük və yeganə generatorudur

Yerdə həyatı ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatı tədricən bərpa olunur. Bu barədə noyabrın 5-də açıqlanmış BMT araşdırmasında deyilir. Ozon qatı illər boyu havaya buraxılan kimyəvi maddələr üzündən nazilirdi.

Araşdırma üzə çıxarıb ki, 1987-ci ilin Monreal Protokolunun insan istehsalı olan qazların havaya buraxılmasına qlobal miqyasda qadağa qoyması ozon qatının hər on ildə bir faizdən üç faizədək qalınlaşmasına səbəb olub.

“Monreal Protokolu sayəsində qütb regionlarında ozon qatının daha kəskin şəkildə nazilməsinin qarşısı alınıb”, – BMT-nin Ətraf Mühit və Dünya Meteorologiya Təşkilatı belə bir qənaətə gəlib.

Hesabatda bildirilir ki, şimal yarımkürəsi üzərindəki ozon qatında aşkarlanmış deşiklər 2030-cu ilədək “tamamilə bağlanacaq”, Antarktida ozon qatındakı daha böyük deşik isə 2060-cı illərdə qapanacaq.

Araşdırma Antarktida ozonundakı deşiyin 2000-ci ildən bəri kiçildiyini də üzə çıxarıb.

XS
SM
MD
LG