Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 05:45

Sorosa efir vaxtı vermədilər


George Soros

Fox News telekanalı xeyriyyəçi George Sorosa ünvanına səslənən tənqidləri cavablandırmaq üçün efir vaxtı verməyib. Bu haqda milyarder bazar günü açıqlama verib, “The Hill” belə yazır.

Son bir neçə həftə ərzində prezident Trump və tərəfdarları bir neçə də bildiriblər ki, Sorosa yaxın yəhudi qrupları ABŞ sahillərinə doğru yol almış miqrant karvanını maliyyələşdirir. Belə bir versiyanı mühafizəkar təşkilat olan Judicial Watch-un rəhbəri Chris Farrel də Fox-un efirində səsləndirib.

Sorosa məxsus “Açıq cəmiyyət” fondunun prezidenti Patrick Gaspar isə bu bəyanatları “heyrətamiz” adlandırıb. O, Fox-un Sorosa həmin iddiaları şərh etməyə şərait yaratmadığını bildirib.

Bundan öncə Macarıstan hökuməti Sorosun təşkilatını Avropaya miqrant axınını maliyyələşdirməkdə suçlayıb. Siyasi təzyiqlərdən dolayı “Açıq cəmiyyət” fondu Budapeştdən Berlinə köçməli olub.

Bu yaxınlarda Trump-ın tərəfdarının əldəqayırma bomba göndərdiyi şəxslər sırasında Soros da vardı. O, ötən ilin dekabrında varidatının böyük hissəsini – 18 milyard dolları “Açıq cəmiyyət” fonduna köçürməklə onu dünyada ən böyük xeyriyyə fondlarından birinə çevirib.

XS
SM
MD
LG