Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Tehrandan İsrailə kiberhücum və sui-qəsd ittihamları


Əhvazda parada hücum
Əhvazda parada hücum

İran İsraili kommunikasiya sisteminə uğursuz kiberhücum cəhdində suçlayıb.

İnformasiya naziri Mohammad Javad Azari Jahromi noyabrın 5-də bu ittihamı Twitter hesabında səsləndirib.

Jahromi deyib ki, kiberhücumun qarşısı İrandakı “ayıq-sayıq texniki komandalar” sayəsində alınıb.

Daha öncə Jahomi-nin müavini Hamid Fattahi demişdi ki, texniki komandaları noyabrın 5-də səhər İranın kommunikasiya sistemlərinə saysız müdaxilə cəhdləri aşkarlayıblar.

Bir həftə öncə isə İran ordusunda sabotajların önlənməsi bölümünün rəhbəri, General Gholam Reza Jalali demişdi ki, Prezident Hassan Rohani-nin mobil telefonu bu yaxınlarda dinlənilib.

Mohammad Javad Azari Jahromi
Mohammad Javad Azari Jahromi

PLANI İSRAİL “QURUB”

İrandan İsrailə qarşı daha bir ittihamı isə kəşfiyyat naziri Mahmud Alavi səsləndirib. O iddia edib ki, Danimarkada müxalifət liderini öldürməklə bağlı İranın hazırladığı iddia olunan planı əslində, İsrail düzüb-qoşub və məqsəd də Tehranın Avropa Birliyi ilə münasibətinə ziyan vurmaqdır.

Alavi noyabrın 5-də İranın dövlət televiziyasına deyib ki, bu planın arxasında “sionist rejim” dayanıb. O, detalları açıqlamayıb.

Danimarka ötən həftə elan edib ki, sentyabrda polis əməliyyatı nəticəsində İranın planının üstü açılıb, ölkədə İran əsilli ərəb müxalifətçini öldürmək istəyiblər.

Mahmud Alavi paradda öldürülənlərin dəfn mərasimində
Mahmud Alavi paradda öldürülənlərin dəfn mərasimində

İsveç polisi isə həmin planla əlaqədar oktyabrın 21-də İran əsilli Norveç vətəndaşımı həbs etdiyini, Danimarkaya təhvil verdiyini bildirib.

Norveçli şübhəli və İran hökuməti iddiaları təkzib edib.

İddia olunan planın hədəfi Əhvazın Azadlığı uğrunda Ərəb Mübarizə Hərəkatının (ASMLA) Danimarka qanadının rəhbəri imiş.

ASMLA İranın cənub-qərbindəki neft hasil oluna Xuzistan vilayətində etnik ərəblər üçün ayrıca dövlət qurulmasını istəyir.

Tehran bu qruplaşmanı sentyabrda Əhvaz şəhərində azı 25 nəfərin öldürüldüyü hərbi parada hücumda da ittiham edir.

Ərəblər İranda azlıq təşkil edir, müstəqillik, muxtariyyət istəyir.

İsrailin Baş naziri Benjamin Netanyahu İranı “yaraqlı İslamın ən güclü qüvvəsi” adlandırıb, Avropa Birliyinə xəbərdarlıq edib ki, İran onun ərazisində bir neçə hücum planı hazırlayır.

Netanyahu Avropa ölkələrinin Tehrana qarşı daha sərt mövqe tutmasına çalışır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG