Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:35

Ukraynanın şərqində 3 separatçı öldürülüb


Donetskdə Ukrayna hərbçiləri

Ukrayna hökuməti ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılarla toqquşmalarda bir əsgərin həlak olduğunu, dördünün yaralandığını bildirir.

Müdafiə Nazirliyinin noyabrın 5-də bildirməsinə görə, son 24 saat ərzində separatçılar atəşkəs rejimini 18 dəfə pozublar, pulemyotlardan, qumbaraatanlardan, minaatanlardan istifadə ediblər.

Hökumət qüvvələrinin üç rusiyapərəst döyüşçünü də öldürdüyü, dördünü yaraladığı bildirilir.

Separatçılar da öz növbəsində hökumət qüvvələrini son 24 saat ərzində atəşkəs rejimini 21 dəfə pozmaqda ittiham edir.

2014-cü ilin aprelindən Ukraynanın şərqindəki Donetsk və Luqansk regionlarında döyüşlərdə 10 min 300-dən çox adam öldürülüb.

XS
SM
MD
LG