Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 11:09

Hərbi hissələrdə 'açıq qapı günü' olacaq


Müdafiə Nazirliyi

Noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınlarına «Açıq qapı günü» təşkil olunacaq.

Bu barədə Müdafiə Nazirliyinin noyabrın 5-də yaydığı məlumatda yazılıb.

Məlumatda ziyarətçilərin hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olacaqları, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəkləri bildirir.

Məlumatda habelə, «Açıq qapı günü» çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlərin müzakirə ediləcəyi və suallarının cavablandırılacağı vurğulanır.

Nazirlik bildirir ki, bayram günü münasibətilə mədəni-kütləvi tədbirlər keçiriləcək.

Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı gününün qeyd edilməsi ilə bağlı 2009-cu ildə sərəncam verib.

Azərbaycanın mövcud üçrəngli (mavi türkçülüyü, qırmızı müasirliyi, yaşıl isə islamı tərənnüm edir) bayrağı Azərbaycan Cümhuriyyəti (1918-1920) zamanı 1918-ci il noyabrın 9-da qəbul edilib. 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra həmin bayraq təkrarən rəsmi olaraq qəbul olunub.

Multimedia

XS
SM
MD
LG