Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 11:06

Azı 13 əfqan hərbçi öldürülüb


Əfqanıstan, arxiv fotosu

Əfqanıstan rəsmilərinin bildirməsinə görə, Qəzni vilayətində döyüşlərdə ölkənin təhlükəsizlik qüvvələrinin azı 13 üzvü öldürülüb. Bu vilayət paytaxt Kabildən 150 kilometr cənub-qərbində yerləşir.

Qəzni valisinin sözçüsü Mohammad Arif Noori AzadlıqRadiosu-na bildirib ki, döyüş noyabrın 5-də səhər başlanıb. Taliban yaraqlıları vilayət mərkəzinə yaxın Xoqyani rayonunda nəzarət məntəqəsinə hücum ediblər.

Noori-nin sözlərinə görə, döyüşdə altı əfqan polis, ordunun yeddi əsgəri həlak olub. Azı dörd polis əməkdaşı isə yaralanıb.

O, üç saat çəkən döyüşdə azı 6 talibançının öldürüldüyünü, 10 nəfərin yaralandığını bildirib.

Talibanın sözçüsü Zabihullah Mujahid mediaya göndərdiyi bəyanatda qruplaşmanın hücuma görə məsuliyyəti götürdüyünü qeyd edib.

Üç ay öncə Taliban yaraqlıları Qəzni şəhərinə böyük hücum gerçəkləşdirib, mərkəz şəhərin bəzi hissələrinə nəzarəti ələ alıb.

XS
SM
MD
LG